• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.2° Weather Columbus
$
1.7
€
1.9493
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bu ailələrə məktəbli forması pulsuz ola bilər – valideynlərə müjdə

16 İyul, 26 / 14:58
A A

Yeni tədris ilinə hələ iki aydan artıq vaxt qalsa da, valideynlər artıq məktəb alış-verişinin planını qurmağa başlayıblar. Xüsusilə məktəbli formalarının qiymətinin artıb-artmayacağı və bu xərclərin ailə büdcəsinə təsiri ən çox müzakirə olunan məsələlərdəndir. Bəs gələcəkdə məktəbli formalarının şagirdlərə dövlət hesabına, ödənişsiz verilməsi mümkündürmü?

Cagdas.az -a danışan “AzEdu” Təhsil Platformasının icraçı direktoru Elmin Nuri deyib ki, yeni tədris ili başlamazdan öncə məktəbli formaları gündəmə gəlir:

“Media, sosial şəbəkələr və ictimaiyyət bu mövzunu geniş müzakirə edir. Sonra heç bir əsaslı həll olmadan məsələ yenə əvvəlki vəziyyətində qalır və təhsildəki çoxsaylı problemlər arasında unudulur. Artıq bir neçə ildir eyni mənzərəni müşahidə edirik. Bəs nə etmək lazımdır? Əgər məktəbli formalarının alınması həqiqətən ciddi sosial problemdirsə, dövlət tərəfindən təmin edilməməsi ailələrin büdcəsinə ciddi yük yaradırsa, bu mövzu daha geniş müzakirə edilməli, konkret həll yolları hazırlanmalı və birdəfəlik qərar verilməlidir. Yox, əgər problem hesab olunmursa və biz hər il sentyabrda bu məsələni müzakirə edib sonra unuduruqsa, deməli, eyni söhbəti təkrarlamağın da mənası yoxdur”.

Ekspert hesab edir ki, təhsildə bu qədər mühüm problemlər olduğu halda, məktəbli formaları məsələsinin hər il eyni şəkildə gündəmə gətirilməsi artıq nəticə vermir:

“Amma digər tərəfdən də qəbul etməliyik ki, bu məsələ cəmiyyət tərəfindən müzakirə olunursa, deməli, problemdir. Bəli, bəzi ailələr üçün iki-üç uşağa məktəbli forması almaq çətinlik yaratmaya bilər. Amma elə ailələr də var ki, onlar üçün 35-50 manat belə ciddi məbləğdir. Belə ailələrin sayı isə az deyil. Kiminsə bu məsələyə istehza ilə yanaşması doğru deyil. Ola bilsin ki, bir insan üçün bu məbləğ adi bir xərclə müqayisə olunsun, amma başqa bir ailə üçün həmin pul bir həftəlik dolanışıq deməkdir. Reallıq budur”. E.Nuri düşünür ki, dövlət məktəbli formalarının təmin olunması istiqamətində gələcəkdə addımlar ata bilər:

Elmin Nuri

“Dünyada bunun uğurlu nümunələri var. Təsəvvür edin, Cənubi Koreyada və ya digər inkişaf etmiş ölkələrdə hər yeni tədris ili ərəfəsində məktəbli forması problemi ölkə gündəminə çevrilirmi? Əlbəttə ki, yox. Bir çox ölkələrdə dövlət məktəblərində hər şagird üçün “məktəbli paketi” hazırlanır. Buraya məktəb ləvazimatları, dərs üçün zəruri vasitələr daxildir. Hətta bəzi ölkələrdə hər bir şagirdə planşet belə dövlət tərəfindən təqdim edilir. Etiraf etmək lazımdır ki, Azərbaycanda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Yeni məktəblər tikilir, liseylər və təhsil mərkəzləri yaradılır, rəqəmsal təhsil genişləndirilir. İnanıram ki, vaxt keçdikcə bu istiqamətdə də addımlar atılacaq. Amma bu işdə təkcə dövlətdən gözləmək də doğru deyil. Cəmiyyət olaraq biz də dəstək verməliyik”.

Elmin Nuri deyib ki, imkanlı şəxslər məktəbli formasının təşkilində dəstək göstərə bilərlər:

“Sahibkarlar, şirkətlər, müxtəlif qurumlar sosial məsuliyyət layihələri həyata keçirə bilərlər. Məsələn, “Qardaşlaşmış məktəb” layihəsi yaradıla bilər. Hər bir müəssisə bir məktəblə əməkdaşlıq edər, həmin məktəbdə maddi imkanı zəif olan şagirdlərin məktəbli forması, çantası və digər ləvazimatlarını təmin edər. İnanın, bundan nə dövlət uduzar, nə sahibkar, nə də cəmiyyət. Əksinə, uşaqlar üçün böyük motivasiya yaranar, sosial həmrəylik güclənər və hər yeni dərs ili ərəfəsində eyni problemi müzakirə etmək məcburiyyətində qalmarıq”.(Globalinfo.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Bakı–Balakən qatarlarının hərəkəti dayandırılır

İyul 16, 2026
Cəmiyyət

Naxçıvanda orta aylıq nominal əməkhaqqı artıb

İyul 16, 2026
Cəmiyyət

Naxçıvanda istefalar başladı: RƏHBƏRLİYƏ ETİRAZ

İyul 16, 2026
Cəmiyyət

Haluk Leventin saxlanılan köməkçisi danışdı

İyul 16, 2026
Cəmiyyət

Azər Məmmədov yeni departament yaratdı – Təyinat

İyul 16, 2026
Cəmiyyət

Azərbaycanlı dənizçilərə xəbərdarlıq: Qara dəniz və Hörmüz boğazında təhlükə artır

İyul 16, 2026

XƏBƏR LENTİ

Türkiyənin sualtı dünyasına səyahət: Ən yaxşı dalğıc məkanları - FOTOLAR

16 İyul, 26 / 16:34

Bakı–Balakən qatarlarının hərəkəti dayandırılır

16 İyul, 26 / 16:24

Naxçıvanda orta aylıq nominal əməkhaqqı artıb

16 İyul, 26 / 16:10

Naxçıvanda istefalar başladı: RƏHBƏRLİYƏ ETİRAZ

16 İyul, 26 / 15:56

Haluk Leventin saxlanılan köməkçisi danışdı

16 İyul, 26 / 15:42

Xameneinin dəfn olunduğu ziyarətgah yandı – VİDEO

16 İyul, 26 / 15:28

Azər Məmmədov yeni departament yaratdı – Təyinat

16 İyul, 26 / 15:13

Bu ailələrə məktəbli forması pulsuz ola bilər – valideynlərə müjdə

16 İyul, 26 / 14:58

Azərbaycanlı dənizçilərə xəbərdarlıq: Qara dəniz və Hörmüz boğazında təhlükə artır

16 İyul, 26 / 14:45

Azərbaycan hədəfdə: Rusiyada qarayaxma dalğası niyə güclənir?

16 İyul, 26 / 14:32
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.