Son dəqiqə
Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu tarixlərdə maqnit qasırğası olacaq – Xəbərdarlıq AZCON-un dövlət satınalmaları üzrə səlahiyyətləri rəsmiləşdirildi Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib Yağışlardan sonra Bakıdakı qəbiristanlıqlar su altında qaldı – VİDEO 2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı – DSX-dən ƏMƏLİYYAT Bakıda güclü külək 68 ağaca ziyan vurub Qızıl-gümüş ucuzlaşdı

Bu gün “44”ün təqdimatı baş tutacaq

Cəmiyyət

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində “44” bədii filminin təqdimatı keçiriləcək.

Cagdas.az   xəbər verir ki, film Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa həsr olunub.

Ekran əsərinin məqsədi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə və tarixi yaddaşın qorunmasına töhfə verməkdir.

Filmin premyerası oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçirilib. Ekran əsəri bir kursantın gözü ilə təqdim olunan qəhrəmanlıq və məhəbbət dramıdır.

Filmin süjet xəttində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türkiyəli həkim-ortoped Zeynəb Özdəmir və xüsusi təyinatlı qrupun komandiri polkovnik Ramazan Kərimovun hekayəsi yer alır. Əsərdə sevgi, şəxsi sınaqlar və hərbi əməliyyatlar paralel şəkildə təsvir olunur.

Bədii filmin rejissorları İsmayıl Səfərəli və Maksim Smetanadır. Ssenari müəllifi Anar Ələkbərov olan ekran əsəri Bakı Media Mərkəzi tərəfindən istehsal edilib və Heydər Əliyev Fondunun, eləcə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Çəkilişlər Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb.\referans media\