Son dəqiqə

Bu halda gəncləri əsgər aparmaya bilərlər – RƏSMİ AÇIQLAMA!

Cəmiyyət

Sinus taxikardiyası diaqnozu qoyulan şəxslərin hərbi xidmətə yararlı hesab edilib-edilməməsi ürək-damar sisteminin funksional vəziyyətindən və pozuntunun dərəcəsindən asılıdır.

Cagdas.az  xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, çağırışçıların qan dövranı sistemi xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 39–42 və 44-cü maddələrinin I qrafasının tələblərinə əsasən, funksiyaların pozulma dərəcəsi nəzərə alınmaqla aparılır.

Qeyd olunub ki, çağırışçılar qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarələrinin, idarə, şöbə və ya bölmələrinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilirlər.

Zərurət yarandıqda onlar dövlət tibb müəssisələrində əlavə müayinələrə cəlb olunur. Hərbi xidmətə yararlılıq barədə qərar isə müvafiq Əsasnamənin tələblərinə uyğun qəbul edilir.