Son dəqiqə
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız Avtobus və metroda gedişhaqqı dəyişə bilər – Sərnişinlərə ŞAD XƏBƏR Azərbaycanda ən çox gəlir əldə edən banklar – SİYAHI Azərbaycanın 4 güləşçisi dünya çempionatında mübarizəyə başlayır Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir XƏBƏRDARLIQ – Bu tarixlərdə ardıcıl yağış yağacaq Sürücülərin nəzərinə: dumanlı hava… Bu gün bürcləri nələr gözləyir? Günün qoroskopu açıqlandı Deputat: “Elə edək ki, fermer məhsulunu itirəndə, evini də itirmək qorxusu yaşamasın” AFFA klub rəhbərinə ağır cəza verdi

Bu şəxslər 16 manatı ödəməyəcək – Nazir açıqladı

Cəmiyyət

“Dövlət tərəfindən icbari sığorta haqqı qarşılanan şəxsləri biz yeni dəyişikliklərlə 9 dəfə artırırıq. Biz göstəririk ki, bəlli kateqoriya insanların hamısı – uşaqlar, pensiyaçılar, əlilliyi olan şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaq. İlk dəfə olaraq qanunda göstərilir ki, işsizlər də dövlət tərəfindən sığortalanacaq”.

 Cagdas.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

“Növbəti ilin dövlət büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait qoyulub. Bu, təxminən 7.3-7.5 milyon insanımızın sığorta haqqıdır. Təqribən 2 milyon şəxs muzdlu əməklə çalışır. Onların da sığorta haqqı işçi və işəgötürən tərəfindən qarşılanır. Fərdi sahibkarların da sığortası onlar tərəfindən qarşılanır. Yəni minimum əhalinin 95%-i sığorta ilə bağlı tam əhatə olunacaq. Kimlər əhatədən kənar qalır? İşləyən, gəliri olan, gəlirini gizlədən, yəni qeyri-formal məşğul olan şəxslər”, – nazir bildirib./Oxu24.com/