Son dəqiqə
“Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur – VİDEO
Reklam
Reklam

Bu sahə vergidən azad olunacaq

Cəmiyyət

“Hazırda balıqçılıqla məşğul olan fermerlər üçün hansısa subsidiya mövcud deyil, çünki məsələ ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər aparılıb. Bununla bağlı Nazirlər Kabineti və digər qurumlar işləyir”.

Cagdas.az xəbər verir ki, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev baku.ws-yə bildirib.

Onun sözlərinə görə, qanunvericilikdə müvafiq dəyişikliklər olduqdan sonra subsidiya və dəstək mexanizmləri planlaşdırılır:

“Növbəti illərdə həm məhsul subsidiyası, həm də akvakultura sahəsində fəaliyyət göstərən təsərrüfatlar üçün avadanlıqlar nəzərə alınacaq. Eyni zamanda balıqçılığın kənd təsərrüfatının bir hissəsi kimi hesab olunmasından sonra Vergi Məcəlləsində müəyyən dəyişikliklərin edilməsi yekunlaşmaq üzrədir. Bu dəyişikliklər bitdikdən sonra artıq balıqçılıq və akvakultura sahəsində fəaliyyət göstərən təsərrüfatlar kənd təsərrüfatının digər növləri kimi ilkin istehsal və vergidən vergidən azad olacaqlar”.