• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
28° Weather Columbus
$
1.7
€
1.9632
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bu sahəyə gənc kadrların cəlb olunmalıdır – Deputat

11 İyun, 26 / 18:34
A A

İtkilər aradan qaldırılsa,  nəzərdə tutulandan daha çox məhsul əldə etmək mümkündür
Azərbaycanda kənd təsərrüfatının davamlı inkişafı üçün kadr hazırlığı, elmi təminat və hüquqi bazanın gücləndirilməsi əsas prioritetlərdən biri olmalıdır. 

Cagdas.az  xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentdə “Azərbaycan Respublikasında

kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

Deputat qeyd edib ki, aqrar sektorda çalışan mütəxəssislərin əhəmiyyətli hissəsi yaşlı nəsli təmsil edir və gənclərin kənd təsərrüfatı sahəsinə cəlb olunması vacibdir.
“Azərbaycanda kadrlarla bağlı məsələ çox problemlidir. Aqrar sahədə çalışanların böyük hissəsinin yaşı 60-70-dən də yuxarıdır. Belə davam etsə, bu sahədə ciddi problemlər yarana bilər”, – Məsimli deyib.

Onun sözlərinə görə, aqrar sahədə elmi yanaşmanın gücləndirilməsi, beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi və ölkədə ixtisaslaşmış aqrar elmi mərkəzin yaradılması sektorun inkişafına əlavə töhfə verə bilər.

Məsimli bildirib ki, Azərbaycan postsovet məkanında ən genişmiqyaslı aqrar islahatlar həyata keçirən ölkələrdən biri olub və bu islahatlar kənd təsərrüfatının inkişafı üçün mühüm baza formalaşdırıb.

Bununla belə, deputat əvvəlki dövlət proqramlarında müəyyən edilmiş bir sıra hədəflərin tam icra olunmamasının səbəblərinin təhlil edilməsinin vacibliyini vurğulayıb.
“Əvvəlki strategiyalarda nəzərdə tutulan hədəflərin çoxuna çatılmadı. Ona görə də yeni proqramda qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əvvəlki çatışmazlıqlar ciddi təhlil edilməlidir”, – o bildirib.

Taxılçılıq sahəsinə toxunan deputat məhsuldarlığın artırılması üzrə daha iddialı məqsədlərin müəyyənləşdirilməsini təklif edib.

Onun fikrincə, ölkə üzrə orta taxıl məhsuldarlığının hər hektardan 30 sentnerdən 50 sentnerə çatdırılması strateji hədəf kimi nəzərdən keçirilə bilər.
Məsimli həmçinin istehsaldan istehlaka qədər olan zəncirdə məhsul itkilərinin azaldılmasının vacibliyini qeyd edib.

“Əgər istehsal olunan məhsulun yığılmaması və tarladan süfrəyə qədər itkilər aradan qaldırılsa, proqramda nəzərdə tutulandan daha çox məhsul əldə etmək mümkündür”, – deputat deyib.
O əlavə edib ki, kənd təsərrüfatında dövlət sifarişləri və satınalma mexanizmləri bazar şəraitinə uyğun daha çevik formada tənzimlənməlidir.

Deputatın sözlərinə görə, müqavilə qiymətlərinin bazar dəyişikliklərinə uyğunlaşdırılması istehsalçıların maliyyə dayanıqlığını gücləndirə və investisiya marağını artıra bilər.
Məsimli çıxışında aqrar inkişaf proqramının həyata keçirilməsində hüquqi təminat məsələlərinə xüsusi diqqət ayrılmasının vacibliyini də vurğulayıb.(ölkə.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Quş əti üzrə özünütəminetmə 100 faizə çatdırılacaq – Nazirlik

İyun 11, 2026
Cəmiyyət

Azərbaycanda buğda üzrə özünütəminetmə 66 faizə çatdırılacaq

İyun 11, 2026
Cəmiyyət

Paşinyan Karapetyanı məhkəməyə verdi – Səbəb 300 min azərbaycanlı məsələsidir

İyun 11, 2026
Cəmiyyət

Nazirdən məmurların hasarladığı torpaqlarla bağlı AÇIQLAMA

İyun 11, 2026
Cəmiyyət

Suyun qiyməti dəyişəcək? – RƏSMİ AÇIQLAMA

İyun 11, 2026
Cəmiyyət

Rusiyadan Ermənistana qarşı növbəti qadağa

İyun 11, 2026

XƏBƏR LENTİ

Quş əti üzrə özünütəminetmə 100 faizə çatdırılacaq – Nazirlik

11 İyun, 26 / 20:08

Azərbaycanda buğda üzrə özünütəminetmə 66 faizə çatdırılacaq

11 İyun, 26 / 19:57

Paşinyan Karapetyanı məhkəməyə verdi – Səbəb 300 min azərbaycanlı məsələsidir

11 İyun, 26 / 19:46

Nazirdən məmurların hasarladığı torpaqlarla bağlı AÇIQLAMA

11 İyun, 26 / 19:07

Suyun qiyməti dəyişəcək? – RƏSMİ AÇIQLAMA

11 İyun, 26 / 18:55

Rusiyadan Ermənistana qarşı növbəti qadağa

11 İyun, 26 / 18:55

Laza kəndində torpaq sürüşməsi

11 İyun, 26 / 18:46

Bu sahəyə gənc kadrların cəlb olunmalıdır – Deputat

11 İyun, 26 / 18:34

Prezident onlara yüksək vəzifə verdi – FOTO

11 İyun, 26 / 18:22

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

11 İyun, 26 / 18:09
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.