• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.4° Weather Columbus
$
1.7
€
1.9414
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bu şəxslər kredit ala bilməycək, yalançı sahibkar hesab ediləcəklər

23 İyun, 26 / 13:14
A A
Azərbaycanın Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik təklif olunur.

Cagdas.az xəbər verir ki, dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Təqdim olunan qanun layihəsinə əsasən, iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri (qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma və s.) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) artıq bir misli yox, əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.

Həmçinin layihəyə əsasən, artıq qanunsuz olaraq kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsədlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq (Cinayət Məcəlləsinin 193-cü maddəsi) hesab ediləcək.

Bundan başqa, layihədə adıçəkilən Məcəllənin “Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama” adlı 208-ci maddəsinin ləğv edilməsi nəzərdə tutulur. Buna uyğun olaraq, Cinayət-Prosessual Məcəllənin 215 və 467-13-cü maddələrində Cinayət Məcəlləsinin 208-ci maddəsinə olunan istinadlar ləğv edilir.

Texnoloji yeniliklərə uyğun olaraq, Məcəllənin 244-1.2.2-ci maddəsi yeni redaksiyada verilir. Belə ki, maddədə qumar oyunlarının təşkili və ya keçirilməsinis virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədilməsi halları da nəzərə alınacaq.

244-1.2 maddənin hazırda qüvvədə olan sanksiyasında cərimənin məbləği konkret aralıqda (on min manatdan on beş min manatadək) nəzərdə tutulduğu halda, layihəyə əsasən cərimə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda müəyyən ediləcək. Həmçinin, qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama əməlinin təkrar törədildiyi, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildiyi, xeyli, külli, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildiyi və s. hallar üçün cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.

Qanun layihəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda da dəyişiklik edilməsi nəzərdə tutulur. Qanunun 13-3-cü maddəsindəki dəyişikliyə əsasən, Qanunun 13-2.3.5-13-2.3.9-cu və 13-2.3.10-1-ci maddələrində göstərilən informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.(ölkə.az)

Bənzər Xəbərlər

Cəmiyyət

“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – VİDEO

İyun 23, 2026
Cəmiyyət

İlham Əliyev və Sərdar Berdiməhəmmədovun Şuşa gəzintisindən görüntülər

İyun 23, 2026
Cəmiyyət

Bakıda yağış, rayonlara dolu yağacaq – Sabahın havası

İyun 23, 2026
Cəmiyyət

Prezident ona yüksək vəzifə verdi

İyun 23, 2026
Cəmiyyət

Xarici valyutanın ölkəyə qaytarılmamasına görə cərimələr dəyişdirilir

İyun 23, 2026
Cəmiyyət

Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq

İyun 23, 2026

XƏBƏR LENTİ

“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – VİDEO

23 İyun, 26 / 16:04

İlham Əliyev və Sərdar Berdiməhəmmədovun Şuşa gəzintisindən görüntülər

23 İyun, 26 / 15:50

Pezeşkian qalıcı sülhün əsas şərtini açıqladı

23 İyun, 26 / 15:37

Bakıda yağış, rayonlara dolu yağacaq – Sabahın havası

23 İyun, 26 / 15:23

Prezident ona yüksək vəzifə verdi

23 İyun, 26 / 15:11

Xarici valyutanın ölkəyə qaytarılmamasına görə cərimələr dəyişdirilir

23 İyun, 26 / 14:57

Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq

23 İyun, 26 / 14:43

Rusiyadan Ermənistana 408 ton gübrə göndərildi

23 İyun, 26 / 14:32

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

23 İyun, 26 / 14:20

Daşaltı kəndinin fonunda – FOTOLAR

23 İyun, 26 / 14:16
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.