• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
28.9° Weather Columbus
$
1.7
€
1.9632
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bu şəxslər pensiyaya 5 il tez çıxa bilər – ŞƏRTLƏR

11 İyun, 26 / 17:44
A A
Xüsusilə zərərli və ağır əmək şəraitində çalışan şəxslər müəyyən şərtlər daxilində yaşa görə pensiyaya 5 il daha tez çıxa bilərlər.

Cagdas.az xəbər verir ki, bunu DOST TV-də yayımlanan “Sosial saat” verilişində Dövlət Sosial Müdafiə Fondunun Pensiya və digər sosial ödənişlər üzrə təminat departamentinin müdiri Eyvaz İsmayılov bildirib.

Qurum rəsmisinin sözlərinə görə, dənizdə gəmidə işləyənlər və Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulan digər peşə sahibləri üçün güzəştli pensiya hüququ mövcuddur. Bunun üçün şəxsin azı 25 il sığorta stajının və ya pensiya təminatına imkan verən pensiya kapitalının olması, eyni zamanda ən azı 12 il 6 ay müddətində zərərli və ağır əmək şəraitində çalışması tələb olunur.

“Bu şərtlər yerinə yetirildiyi halda vətəndaş 5 il erkən yaşa görə pensiya hüququ əldə edir. Bu zaman əlilliyin olub-olmaması əsas şərt hesab edilmir. Əgər şəxsin həm güzəştli yaşa görə pensiya, həm də əlilliyə görə pensiya almaq hüququ yaranıbsa, o, qanunvericiliyə uyğun olaraq bu pensiya növlərindən yalnız birini seçə bilər.

Güzəştli pensiya hüququ verən peşə və vəzifələrin siyahısı Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənib. Həmin siyahıda həm fəaliyyət sahələri, həm də zərərli və ağır əmək şəraiti hesab olunan konkret peşə və vəzifələr əksini tapıb.

Bu kateqoriyaya neft-qaz sənayesi, kimya sənayesi, metallurgiya, nəqliyyatın müəyyən sahələri, dəniz gəmiçiliyi və digər istiqamətlərdə çalışan şəxslər daxildir. Həmin sahələrdə işləyən və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən şəxslər daha erkən yaşda pensiyaya çıxa bilərlər”.

E.İsmayılov həmçinin nümunə üçün vurğulayıb ki, qaynaqçı peşəsi üzrə güzəştli pensiya hüququ işin xarakterindən asılı olaraq müəyyən edilir:

“Belə ki, gəmi gövdəsində qapalı şəraitdə çalışan qaynaqçılarla digər sahələrdə çalışan qaynaqçıların hüquqları fərqli ola bilər. Siyahılarda peşələr və vəzifələr konkret şəkildə göstərildiyindən hər bir hal ayrıca qiymətləndirilir.

Eyni zamanda bəzi peşələr üzrə əsas vəzifə ilə yanaşı, köməkçi vəzifələrdə çalışan şəxslər də güzəştli pensiya hüququndan yararlana bilirlər. Məsələn, siyahıda qazmaçı nəzərdə tutulubsa, qazmaçı köməkçiləri, yaxud maşinistlər üçün bu hüquq müəyyən edilibsə, maşinist köməkçiləri də həmin güzəştlərdən istifadə edə bilərlər. Vətəndaşlar işlədikləri vəzifənin güzəştli pensiya hüququ verən siyahıda yer alıb-almadığını qanunvericilik bazası vasitəsilə yoxlaya bilərlər”, – deyə departament müdiri əlavə edib.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Nazirdən məmurların hasarladığı torpaqlarla bağlı AÇIQLAMA

İyun 11, 2026
Cəmiyyət

Suyun qiyməti dəyişəcək? – RƏSMİ AÇIQLAMA

İyun 11, 2026
Cəmiyyət

Rusiyadan Ermənistana qarşı növbəti qadağa

İyun 11, 2026
Cəmiyyət

Laza kəndində torpaq sürüşməsi

İyun 11, 2026
Cəmiyyət

Bu sahəyə gənc kadrların cəlb olunmalıdır – Deputat

İyun 11, 2026
Cəmiyyət

Prezident onlara yüksək vəzifə verdi – FOTO

İyun 11, 2026

XƏBƏR LENTİ

Nazirdən məmurların hasarladığı torpaqlarla bağlı AÇIQLAMA

11 İyun, 26 / 19:07

Suyun qiyməti dəyişəcək? – RƏSMİ AÇIQLAMA

11 İyun, 26 / 18:55

Rusiyadan Ermənistana qarşı növbəti qadağa

11 İyun, 26 / 18:55

Laza kəndində torpaq sürüşməsi

11 İyun, 26 / 18:46

Bu sahəyə gənc kadrların cəlb olunmalıdır – Deputat

11 İyun, 26 / 18:34

Prezident onlara yüksək vəzifə verdi – FOTO

11 İyun, 26 / 18:22

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

11 İyun, 26 / 18:09

İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ

11 İyun, 26 / 17:54

Avropa Birliyi Rusiya, Belarus və İrana qarşı viza siyasətini sərtləşdirəcək 

11 İyun, 26 / 17:45

Bu şəxslər pensiyaya 5 il tez çıxa bilər – ŞƏRTLƏR

11 İyun, 26 / 17:44
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.