• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.98
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir

17 May, 26 / 10:33
A A

Azərbaycanda minlərlə tələbə təhsil haqqını ödəmək üçün tələbə təhsil kreditindən istifadə edir. Lakin ali məktəbi bitirdikdən sonra iş tapmaqda çətinlik çəkən və ya aşağı maaşla çalışan gənclər üçün həmin kreditlərin geri ödənilməsi ciddi problemə çevrilir. Xüsusilə də bir çox hallarda rəsmi işə başlayan kimi maaşdan aylıq tutulmaların başlaması narazılıq yaradır.

Bəs tələbələr üçün əlavə güzəştlərin tətbiqi, ödənişlərin ertələnməsi və ya müəyyən hallarda borcların silinməsi mümkündürmü?

Çağdaş.Az xəbər verir ki ,Globalinfo.az-a danışan əməkdar müəllim, keçmiş deputat Sona Əliyevanın fikrincə, tələbə təhsil kreditinə adi bank borcu kimi baxmaq doğru deyil:

“Çünki bu kredit kommersiya məqsədi daşımır. Onun əsas mahiyyəti gəncin təhsil almaq imkanını genişləndirməkdir. Deməli, geri ödəniş qaydaları da yalnız rəqəmlərlə deyil, real həyat şərtləri ilə ölçülməlidir. Universiteti bitirən hər gənc dərhal yaxşı maaşlı iş tapmır. Bəziləri ixtisasına uyğun iş tapa bilmir, bəziləri isə çox aşağı maaşla əmək fəaliyyətinə başlayır. Formal olaraq “işləyir” görünür, amma aldığı gəlir nə özünü təmin etməyə, nə də əlavə kredit yükünü rahat daşımağa kifayət edir. Belə vəziyyətdə hamıya eyni qaydanın tətbiq olunması sosial baxımdan ədalətli görünmür. Əlbəttə, burada söhbət borcların kütləvi şəkildə silinməsindən getmir. Bu, nə maliyyə baxımından dayanıqlı olar, nə də kredit sisteminin məntiqinə uyğun gələr”.

Sona Əliyeva deyib ki, lakin daha çevik güzəşt mexanizmləri tətbiq oluna bilər:

“Məsələn, məzunun gəliri müəyyən həddən aşağıdırsa, ödəniş müvəqqəti dayandırıla və ya simvolik məbləğlə başlana bilər. Gəlir artdıqca ödəniş də mərhələli şəkildə artırılar. Bu, həm dövlətin vəsaitini qoruyar, həm də gənci ilk iş illərində sıxıntıya salmaz. İşsizlik məsələsi də ayrıca nəzərə alınmalıdır. Diplom alan gənc real iş tapa bilmirsə, ondan kredit ödənişi tələb etmək düzgün yanaşma deyil. Bu, gənci təkcə maddi deyil, psixoloji olaraq da ağır vəziyyətə salır. Digər tərəfdən, dövlət üçün vacib sahələrdə çalışan məzunlara xüsusi güzəştlərin verilməsi də düşünülə bilər. Regionlarda müəllim, həkim, mühəndis, sosial işçi kimi fəaliyyət göstərən gənclərin borcunun müəyyən hissəsinin silinməsi həm sosial baxımdan ədalətli olar, həm də kadr çatışmazlığı olan sahələrə marağı artırar. Bu halda kredit güzəşti yalnız yüksək akademik nəticəyə görə deyil, cəmiyyətə verilən real töhfəyə görə də tətbiq edilmiş olar”.

S.Əliyeva bildirib ki, dövlətin verdiyi vəsait geri qayıtmalıdır:

“Amma bu proses gəncin həyatına əlavə təzyiq kimi düşməməlidir. Əgər sistem məzunun maaşını, iş tapmaq imkanını və sosial vəziyyətini nəzərə almırsa, təhsil krediti sosial dəstək mexanizmindən çıxıb uzunmüddətli yükə çevrilə bilər. Ona görə hesab edirəm ki, Azərbaycanda tələbə təhsil kreditləri üzrə qaydalar daha real və çevik olmalıdır. Aşağı gəlirli məzunlar üçün ödənişin ertələnməsi, işsiz gənclərə möhlət verilməsi, regionlarda və strateji sahələrdə çalışanlar üçün qismən borc güzəştlərinin tətbiqi ciddi şəkildə müzakirə edilməlidir”.

Bənzər Xəbərlər

İqtisadiyyat

Avtomobil almaq istəyənlərə pis xəbər – Qiymətlər yüksəldi

May 17, 2026
İqtisadiyyat

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər

May 16, 2026
İqtisadiyyat

Bazarda ARTIM – Neft kəskin bahalaşdı

May 16, 2026
İqtisadiyyat

Qazın qiyməti ARTDI

May 16, 2026
İqtisadiyyat

Qızıl və gümüş ucuzlaşdı

May 15, 2026
İqtisadiyyat

Avro ucuzlaşdı, rubl bahalaşdı

May 15, 2026

XƏBƏR LENTİ

Azərbaycanda bu şəxslərə pulsuz torpaq veriləcək

17 May, 26 / 12:20

Sağlamlığa ən az zərər vuran çörək açıqlandı

17 May, 26 / 12:02

Avtomobil sığortası ilə bağlı yeni qaydalar tətbiq edilir - VİDEO

17 May, 26 / 11:44

İran müharibəsinin gizli qalibi ortaya çıxdı: 90 milyardlıq itkidən sonra ŞOK xəbərdarlıq

17 May, 26 / 11:26

WUF13: Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş keçirilir

17 May, 26 / 11:09

 

17 May, 26 / 10:50

İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

17 May, 26 / 10:39

İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib

17 May, 26 / 10:36

Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir

17 May, 26 / 10:33

Sadə test neçə saata öləcəyinizi deyir

17 May, 26 / 10:15
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.