Naməlum şəraitdə Ermənistan ərazisinə keçdikdən sonra saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev İrəvana aparılıb.
Cagdas.az Globalinfo.az-a istinadən xəbər verir ki, əsgərimiz İrəvanda yerləşən tibb mərkəzlərindən birinə köçürülüb.
Nəsimi Musayevin məhz hansı tibb müəssisəsinə yerləşdirilməsi və vəziyyəti ilə bağlı məlumat verilmir.
Qeyd edək ki, Nəsimi Musayevin oktyabrın 1-də Ermənistanda saxlanılıb.


