Amerika Birləşmiş Ştatları siyasi sığınacaq istəyən xarici vətəndaşların qəbulunu tamamilə dayandırır.
Cagdas.az xəbər verir ki, bunu Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller elan edib: “Beləliklə, Amerikanın qapıları sığınacaq axtaranlar üçün tamamilə bağlıdır. Biz elə bir razılaşma əldə etdik ki, əgər sığınacaq istəsəniz, sizi qəbul edəcək başqa bir ölkə tapacağıq. Bu, çox sadə, çox zərif və tam bir həlldir”.
Eyni zamanda, o, bir daha ABŞ-Meksika sərhədində daha sərt nəzarətin təmin edilməsinin zəruriliyini qeyd edib. Ağ Evin aparat rəhbərinin müavini iddia edib ki, “Cənub-qərb sərhədindəki bütün sığınacaq iddiaları həmişə saxtakarlıqdır”. O, həmçinin ABŞ-da Müvəqqəti Qorunan Şəxslər (TPP) statusuna malik Haiti vətəndaşlarını mümkün qədər tez vətənlərinə qayıtmağa çağırıb.
Qeyd edək ki, dünən ABŞ Ali Məhkəməsi ABŞ administrasiyasının lehinə qərar çıxararaq, ölkədəki Suriya və Haiti vətəndaşlarına qanuni əsas olmadan TPP statusunun verilməsini dayandırmağa icazə verdi. Ən yüksək məhkəmənin bu qərarı ABŞ hökumətinə yüz minlərlə belə şəxsi deportasiya etməyə imkan verir./Musavat.com
















