Müəyyən dövlətlər hazırda Cənubi Qafqazda vəziyyəti qarışdırmağa çalışırlar.
Çağdaş.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.
“Onlar Cənubi Qafqaz ölkələrini parçalamağa çalışırlar. Bu doğrudur. Biz bunu ehtiyatla izləyirik”, – deyə Medvedev qeyd edib.
O bildirib ki, Qərb dünyası əvvəlcə Gürcüstana NATO üzvlüyü təklif edib və bundan yaxşı heç nə alınmayıb:
“Gürcüstan hələ də NATO üzvü deyil. Onun hazırkı rəhbərliyi bunun yanlış yanaşma olduğunu anlayır. Bütün bunlar münaqişəyə gətirib çıxarıb”.
Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb ki, indi Ermənistanda vəziyyət dəyişir və ölkə rəhbərliyi respublikanın inkişaf vektorunu dəyişdirməyin düzgün olduğuna qərar verib.(Axar.az)


