UEFA Konfrans Liqasının 4-cü turu çərçivəsində keçiriləcək CSKA Sofya – “Trabzonspor” qarşılaşmasının baş hakimi müəyyənləşib.
Çağdaş.Az xəbər verir ki, UEFA-nın açıqlamasına əsasən, noyabrın 26-da, Sofiyada keçiriləcək oyunu Fransadan Ceremi Pinyar idarə edəcək.
Bakı vaxtı saat 23:00-da başlayacaq görüşdə Pinyarın köməkçiləri Orelien Dru (Aurelien Drouet) və Hişam Zakrani (Hicham Zakrani) olacaq.
Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə digər fransalı referi Mark Bollanje (Marc Bollengier) yerinə yetirəcək.
Qeyd edək ki, “Trabzonspor” UEFA Konfrans Liqasının 4-cü turunda Bolqarıstan təmsilçisi CSKA Sofya ilə səfərdə üz-üzə gələcək.


