Son dəqiqə
Dövlət qulluğuna qəbul və müsahibə qaydaları 5 aya hazırlanacaq Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu tarixlərdə maqnit qasırğası olacaq – Xəbərdarlıq AZCON-un dövlət satınalmaları üzrə səlahiyyətləri rəsmiləşdirildi Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib Yağışlardan sonra Bakıdakı qəbiristanlıqlar su altında qaldı – VİDEO 2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı – DSX-dən ƏMƏLİYYAT Bakıda güclü külək 68 ağaca ziyan vurub

Dizel kəskin ucuzlaşacaq – Tramp elan etdi

Cəmiyyət
ABŞ Prezidenti Donald Tramp dizel yanacağının qiymətlərinin kəskin ucuzlaşacağını və İranla qarşıdurmanın tezliklə başa çatacağını gözlədiyini bəyan edib.

Cagdas.az  “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Kolumb Günü münasibətilə keçirilən tədbirdə çıxış edərkən bildirib.

“Dizel yanacağı ilə bağlı vəziyyətə dair vacib xəbərlərimiz var. Bizim nə etdiyimizi xatırlayırsınız? Biz İranın nüvə silahı əldə etməsinin qarşısını aldıq. Qiymətlər kəskin şəkildə aşağı düşəcək və bütün bunlar tezliklə bitəcək”, – o deyib.

ABŞ lideri həmçinin bildirib ki, İranın ordusu, hərbi dəniz və hərbi hava donanmaları, eləcə də hava hücumundan müdafiə vasitələri artıq yoxdur.