• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9353
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Dünyanın gözü Azərbaycanda – təhlükəsizlik şefləri Bakıda niyə toplaşıb?

24 Sentyabr, 26 / 12:25
A A

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bu gün Bakıda “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu (BTF) keçirilib.

Cagdas.az bildiriri ki Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq təhlükəsizlik gündəliyində artan rolunun göstəricilərindən biridir: “100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin, eləcə də beynəlxalq təşkilatların təmsilçilərinin forumda iştirakı tədbirin regional çərçivədən kənara çıxan əhəmiyyətini göstərir. Forumun mövzusunun “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” seçilməsi də təsadüfi deyil. Son illərdə təhlükəsizlik anlayışı əhəmiyyətli dərəcədə dəyişib. Terrorçuluq artıq yalnız silahlı qrupların fəaliyyəti ilə məhdudlaşmır. Rəqəmsal texnologiyalar, süni intellekt, kiberməkan, pilotsuz sistemlər, maliyyə şəbəkələri, dezinformasiya və transsərhəd cinayətkarlıq terror təhlükəsinin yeni ölçülərini formalaşdırır. Bu baxımdan ayrı-ayrı dövlətlərin öz təhlükəsizlik imkanları ilə kifayətlənməsi getdikcə daha çətinləşir. Terrorçuluğun təşkilatçıları və maliyyə mənbələri bir ölkədə, icraçıları başqa ölkədə, kommunikasiya və maliyyə infrastrukturu isə üçüncü ölkədə yerləşə bilər. Deməli, belə təhlükələrə qarşı mübarizənin effektivliyi böyük ölçüdə xüsusi xidmət orqanları arasında operativ məlumat mübadiləsindən, koordinasiyadan və qarşılıqlı etimaddan asılıdır”.

Professor qeyd edib ki, belə bir forumun keçirilməsi üçün Bakının seçilməsi xüsusi əhəmiyyət daşıyır: “Forumun məhz Bakıda keçirilməsi Azərbaycanın təhlükəsizlik məsələlərində regional və beynəlxalq əməkdaşlıq üçün platformaya çevrilmək imkanlarını nümayiş etdirir. Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiyanın, Şimal ilə Cənubun kəsişməsində yerləşir. Ölkənin mühüm nəqliyyat və enerji marşrutlarının üzərində yerləşməsi onu həm iqtisadi, həm də təhlükəsizlik baxımından strateji məkana çevirir”.

Qabil Hüseynli: Qəzzada atəşkəs ancaq o vaxt olacaq ki… | Tribuna.Az

Mütəxəssis vurğulayıb ki, Azərbaycanın son illərdə müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla təhlükəsizlik sahəsində əməkdaşlığını genişləndirməsi də Bakının belə bir tədbir üçün uyğun platforma rolunu gücləndirir: “Azərbaycan özü terrorçuluq, separatizm, transmilli cinayətkarlıq, mina təhlükəsi və yeni texnologiyalardan irəli gələn risklərin müxtəlif formaları ilə üzləşmiş ölkələrdəndir. Bu səbəbdən Bakının təhlükəsizlik gündəliyinə yanaşması yalnız nəzəri müzakirələrdən ibarət deyil, həm də real təcrübəyə əsaslanır. Forum Azərbaycanın beynəlxalq təhlükəsizlik dialoqunda özünü yalnız iştirakçı deyil, həm də təşəbbüskar və platforma təqdim edən ölkə kimi göstərməsi baxımından əhəmiyyətlidir”.

Qabil Hüseynlinin fikrincə, IV Bakı Təhlükəsizlik Forumunun gündəliyi faktiki olaraq yalnız terrorçuluqla mübarizənin deyil, gələcəyin təhlükəsizlik modelinin müzakirə edildiyi platforma kimi də hesab edilə bilər.

Xatırladaq ki, tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş etdirilib. İclasda çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və ildən-ilə əhatəsi genişlənən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnunluğunu bildirib. Xidmət rəhbəri belə mötəbər tədbirlərin aktual çağırışların peşəkar müzakirəsi üçün geniş imkanlar yaratdığını, xüsusi xidmət və təhlükəsizlik orqanları arasında mühüm dialoq platformasına çevrildiyini vurğulayıb. General-polkovnik Əli Nağıyev beynəlxalq təhlükəsizlik sisteminin dərin keçid dövrü yaşadığını, ənənəvi mexanizmlərin yeni təhdidlərə çevik cavab verə bilmədiyini və etibarlı tərəfdaşlığın zəruriliyini qeyd edib.

Təhlükəsizliyin artıq yalnız sərhədlərin qorunmasından ibarət olmadığını açıqlayan DTX rəhbəri davam edən münaqişələrin regional proseslərə, enerji bazarlarına və ərzaq təhlükəsizliyinə təsir etdiyini nəzərə çatdırıb. BTF çərçivəsində həmçinin DTX və Birləşmiş Millətlər Təşkilatının (BMT) Terrorçuluğa Qarşı Mübarizə Ofisinin birgə təşkilatçılığı ilə “Operativ tərəfdaşlıqlar vasitəsilə milli terrorçuluqla mübarizə imkanlarının gücləndirilməsi” mövzusunda yan tədbir də keçirilib. Müzakirələrdə müasir texnologiyaların doğurduğu terror təhdidlərinə qarşı effektiv milli, eləcə də beynəlxalq əlaqələndirmə mexanizmləri, habelə BTF-in platforması olan Antiterror Məlumat Mübadiləsi Sistemi (CTIES) kimi qabaqcıl alətlərin inkişaf etdirilməsinin zəruriliyinə toxunulub.

Bənzər Xəbərlər

Cəmiyyət

Xəzər dənizində zəlzələ oldu

Sentyabr 24, 2026
Cəmiyyət

Bu şəxslərin maaşı artırılır

Sentyabr 24, 2026
Cəmiyyət

Əhaliyə 7 milyard manat ödənilib

Sentyabr 24, 2026
Cəmiyyət

Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT – VİDEO

Sentyabr 24, 2026
Cəmiyyət

Bu 2 bürc üçün pul qapıları açılır – Böyük qazanc gəlir

Sentyabr 24, 2026
Cəmiyyət

Bakı metrosu gecə saat 1-ə dək işləyəcək

Sentyabr 24, 2026

XƏBƏR LENTİ

Xəzər dənizində zəlzələ oldu

24 Sentyabr, 26 / 13:04

Bu şəxslərin maaşı artırılır

24 Sentyabr, 26 / 12:52

Əhaliyə 7 milyard manat ödənilib

24 Sentyabr, 26 / 12:38

Dünyanın gözü Azərbaycanda – təhlükəsizlik şefləri Bakıda niyə toplaşıb?

24 Sentyabr, 26 / 12:25

Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT – VİDEO

24 Sentyabr, 26 / 12:12

Bu 2 bürc üçün pul qapıları açılır – Böyük qazanc gəlir

24 Sentyabr, 26 / 11:58

Moskva İrəvana noyabra kimi vaxt verdi: 4 TƏLƏB

24 Sentyabr, 26 / 11:45

Bakı metrosu gecə saat 1-ə dək işləyəcək

24 Sentyabr, 26 / 11:31

Sabah bütün sosial ödənişlər ödəniləcək

24 Sentyabr, 26 / 11:18

Türk dövlətlərinə pasportsuz gedəcəyik – EKSKLÜZİV

24 Sentyabr, 26 / 11:05
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.