Son dəqiqə
Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu tarixlərdə maqnit qasırğası olacaq – Xəbərdarlıq AZCON-un dövlət satınalmaları üzrə səlahiyyətləri rəsmiləşdirildi Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib Yağışlardan sonra Bakıdakı qəbiristanlıqlar su altında qaldı – VİDEO 2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı – DSX-dən ƏMƏLİYYAT Bakıda güclü külək 68 ağaca ziyan vurub Qızıl-gümüş ucuzlaşdı

DYP sürücülərə xəbərdarlıq etdi

Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmamağı tövsiyə edib.

Bu barədə  Cagdas.az -a qurumdan məlumat verilib.

Məlumata görə, ötən gün Neftçala rayonu ərazisində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi bir daha göstərir ki, nasazlıq səbəbindən yolda dayanan avtomobil, eləcə də kömək məqsədilə saxlayan digər nəqliyyat vasitələrinin sürücü və sərnişinləri təhlükəsizlik qaydalarına əməl etmədikdə bu, digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yarada bilər:

“Xüsusilə hərəkətin intensiv olduğu yollarda dayanan avtomobilləri vaxtında görməmək ağır nəticələrə səbəb olur. Nəqliyyat vasitəsi nasazlıq səbəbindən dayanmağa məcbur olduqda, sürücü mümkün qədər onu yolun hərəkət hissəsindən kənara çəkilməli, qəza işıq siqnallarını yandırmalı və qəza dayanma nişanını digər sürücülərin vaxtında görə biləcəyi yerdə quraşdırmalıdır”.

Bildirilib ki, məcburi dayanan avtomobilə yardım etmək istəyən sürücülər də öz nəqliyyat vasitələrini hərəkət zolağında və ya yolun görünüşünü məhdudlaşdıran hissəsində saxlamamalıdırlar:

“Təhlükəsizliyi təmin etmədən, yolun hərəkət hissəsində təmir işləri aparmaq yolverilməzdir. Sürücü və sərnişinlər yolun hərəkət hissəsindən uzaq, təhlükəsiz yerdə gözləməli, imkan daxilində müvafiq xidmətlərə müraciət etməlidirlər. Yolda dayanan avtomobilə yaxınlaşan digər sürücülər sürəti əvvəlcədən azaltmalı, zolağı dəyişərkən diqqətli olmalı və ara məsafəsini artırmalıdırlar. Dayanan avtomobillərin yanından yüksək sürətlə keçmək, diqqəti yayındıran vasitələrdən istifadə etmək və qəfil manev