• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9353
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Əhali dollarını kütləvi satır — NƏ BAŞ VERİR?

24 Sentyabr, 26 / 16:16
A A

Cari ilin ötən dövründə Azərbaycanın valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsi və bunun həm nağd, həm də qeyri-nağd seqmentlərdə qabarıq şəkildə özünü göstərməsi iqtisadi müstəvidə əsas müzakirə mövzularından birinə çevrilib. Mərkəzi Bankın press-relizinə istinadən məlum olur ki, 2026-cı ilin 8 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alış həcmi satışını düz 673 milyon ABŞ dolları üstələyib. Eyni zamanda, rezident fiziki şəxslərin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ay ərzində 3.7 faiz bəndi azalaraq 2026-cı ilin iyul ayında 25.8 faizə enib. Valyuta bazarında tələbin kəskin şəkildə azaldığı, əksinə, təklifin isə maksimum həddə çatdığı bu şəraitdə Mərkəzi Bank tərəfindən də aktiv valyuta alışları həyata keçirilib ki, nəticədə tənzimləyici qurumun valyuta ehtiyatları 32.9 faiz artaraq 15.3 milyard ABŞ dollarına yüksəlib. Bu rəqəm Mərkəzi Bankın valyuta ehtiyatları tarixində mütləq maksimum göstərici olaraq qeydə alınıb. Bütün bu reallıqlar fonunda Azərbaycanda açıq-aydın dollar bolluğunun yaranması və əhalinin əlindəki xarici valyutanı banklara satmağa üstünlük verməsi cəmiyyətdə haqlı olaraq suallar doğurur: görəsən, bu tendensiyanın arxasında dayanan əsas iqtisadi səbəblər nələrdir?

Cagdas.az xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, əhalinin və iqtisadi subyektlərin kütləvi şəkildə dollar satmasının və valyuta bazarında təklifin artmasının arxasında milli valyutaya – manata olan etimadın yüksək səviyyədə qorunub saxlanılması və makroiqtisadi sabitlik dayanır: “Son illərdə ölkədə milli valyutanın məzənnəsinin sabit təmin olunması, devalvasiya gözləntilərinin tamamilə aradan qalxması və bank sektoruna inamın bərpa edilməsi əhalinin yığım davranışlarını kökündən dəyişib. İnsanlar artıq gələcəyə daha əmin baxır və xarici valyutanı təhlükəsizlik yastığı kimi saxlamağa ehtiyac duymurlar. Əksinə, manatla aparılan əməliyyatların daha sərfəli olması, milli valyutadakı əmanətlərin faiz gəlirlərinin cəlbediciliyi və daxili bazarda manata olan tələbatın yüksək olması vətəndaşları əllərindəki dolları banklara satmağa sövq edən əsas amillərdəndir”.

Onun sözlərinə görə, mövcud iqtisadi reallıqlar və Mərkəzi Bankın apardığı sərt monetar siyasət valyuta bazarında tarazlığı tamamilə milli valyutanın xeyrinə dəyişib: “Bu gün 673 milyon dollardan artıq alış göstəricisi və valyuta ehtiyatlarının tarixi maksimuma çatması onu göstərir ki, bazarda heç bir süni gərginlik yoxdur, əksinə, sağlam valyuta axını təmin olunub. Vətəndaşlar başa düşürlər ki, xarici valyutada saxlamaq artıq əvvəlki kimi yüksək qazanc və ya qorunma mexanizmi deyil, çünki ölkə daxilində iqtisadi sabitlik qorunur. Bu tendensiya yaxın gələcəkdə də davam edəcək və manatın mövqeyini daha da gücləndirəcək”.

Bənzər Xəbərlər

Cəmiyyət

“Roblox” Azərbaycanda qadağan olunur? – DÖVLƏT KOMİTƏSİNDƏN AÇIQLAMA

Sentyabr 24, 2026
Cəmiyyət

Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? – RƏSMİ AÇIQLAMA

Sentyabr 24, 2026
Cəmiyyət

Toylara limit qoyulacaq? – DEPUTATDAN MÖVQE

Sentyabr 24, 2026
Cəmiyyət

“Makler evləri” ilə bağlı VACİB XƏBƏR

Sentyabr 24, 2026
Cəmiyyət

Marketlərdə toyuq filesi tapılmır: Qiymət qalxacaq?

Sentyabr 24, 2026
Cəmiyyət

Bu şəxslər kompensasiya ödənilmədən işdən QOVULACAQ

Sentyabr 24, 2026

XƏBƏR LENTİ

“Roblox” Azərbaycanda qadağan olunur? – DÖVLƏT KOMİTƏSİNDƏN AÇIQLAMA

24 Sentyabr, 26 / 16:57

Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? – RƏSMİ AÇIQLAMA

24 Sentyabr, 26 / 16:41

Toylara limit qoyulacaq? – DEPUTATDAN MÖVQE

24 Sentyabr, 26 / 16:28

Əhali dollarını kütləvi satır — NƏ BAŞ VERİR?

24 Sentyabr, 26 / 16:16

“Makler evləri” ilə bağlı VACİB XƏBƏR

24 Sentyabr, 26 / 16:03

Marketlərdə toyuq filesi tapılmır: Qiymət qalxacaq?

24 Sentyabr, 26 / 15:51

Bu şəxslər kompensasiya ödənilmədən işdən QOVULACAQ

24 Sentyabr, 26 / 15:38

Denis Puşilin: Ukrayna ilə danışıqlar konkret nəticə verməlidir

24 Sentyabr, 26 / 15:31

Bakıda “Formula 1” rekordu: Xarici turistlərin sayı 16 mini keçdi

24 Sentyabr, 26 / 15:27

Yeni subsidiyalar veriləcək – Nazir ŞƏRTLƏRİ AÇIQLADI

24 Sentyabr, 26 / 15:11
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.