• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.1° Weather Columbus
$
1.7
€
1.9604
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Əlaçı məzunlara hərbi xidmətdə güzəştlər verilə bilər

08 İyun, 26 / 18:41
A A

Azərbaycanda hərbi xidmət hər bir kişi vətəndaşın konstitusion borcu hesab olunur. Son illər təhsildə yüksək nəticələr göstərən gənclərin bu sahədə müəyyən güzəştlərlə təmin edilməsi məsələsi müzakirə mövzusudur. Mütəxəssislər hesab edirlər ki, ölkənin intellektual potensialını formalaşdıran, elm və təhsildə uğur qazanan gənclərin bilik və bacarıqlarından daha səmərəli istifadə etmək üçün yeni mexanizmlərin yaradılmasına ehtiyac var.
Bəs məktəbi yüksək nəticələrlə və ya fərqlənmə ilə bitirən məzunlar üçün hərbi xidmət sahəsində xüsusi güzəştlər tətbiq oluna bilərmi?

Cagdas.az  xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ekspert Üzeyir Cəfərov orta təhsili uğurla başa vuran gənclərə həm hərbi xidmətə çağırış zamanı, həm də cəmiyyətdə xüsusi diqqət göstərilməli olduğunu bildirib.
“Uzun illərdir deyirəm ki, əgər orta təhsili uğurla başa vuran, elmə, mədəniyyətə və yeniliyə meyilli gənclərimiz varsa, onlara maksimum şərait yaratmaq lazımdır. Belə gəncləri həm hərbi xidmətə çağırış zamanı, həm də cəmiyyətdə qorumalıyıq”, – deyə
Üzeyir Cəfərov vurğulayıb.
Ekspert bu fikrini yaxın zamanda qarşılaşdığı bir hadisə ilə əsaslandırıb. Onun sözlərinə görə, Azərbaycan Diplomatik Akademiyasının məzunu olmuş, İsraildə magistr təhsili alan və müxtəlif xarici ölkələrdə təcrübə keçən Ceyhun Hüseynov yüksək hazırlıqlı və perspektivli gənclərdən biri idi. Lakin o, Vətən qarşısında hərbi xidmət borcunu yerinə yetirərkən, xidmətinin başa çatmasına cəmi 20 gün qalmış həyatını itirib.

“Biz bu cür savadlı və perspektivli gəncləri qorumalıyıq. Onların bilik və bacarıqlarından dövlətin inkişafı naminə istifadə edilməlidir.
Hər kəs fərqlənmə diplomu almaq imkanına malik olmur. Buna baxmayaraq, yüksək nəticələr göstərən məzunlar üçün hərbi xidmətlə bağlı müəyyən güzəştlər və imtiyazlar hazırlanmalıdır.

Bu istiqamətdə hələ də müəyyən boşluqlar var. Hesab edirəm ki, fərqlənmə ilə və ya yüksək nəticələrlə təhsilini başa vuran məzunlar üçün xüsusi güzəştlər nəzərdə tutulmalıdır. Bununla bağlı Milli Məclisin müvafiq komitələrinə və Elm və Təhsil Nazirliyinə müraciət edirəm. Məzunlar üçün konkret güzəşt və imtiyaz mexanizmləri hazırlanmalı və tətbiq olunmalıdır”, – deyə o, bildirib.
Hərbi ekspert əlavə edib ki, Azərbaycanda alternativ xidmət haqqında qanunun qəbulu da gündəmə gətirilməli və bu istiqamətdə müvafiq addımlar atılmalıdır. Onun sözlərinə görə, belə mexanizmlər həm gənclərin potensialının qorunmasına, həm də ölkənin intellektual resurslarının inkişafına töhfə verə bilər.

Bənzər Xəbərlər

Cəmiyyət

Kömür qiymətlərində rekord – Bahalaşma davam edir

İyun 8, 2026
Cəmiyyət

İyunun pensiya və müavinətləri bu tarixdə veriləcək

İyun 8, 2026
Cəmiyyət

Ev almaq istəyənlər üçün müqayisə: Bakı, yoxsa Sumqayıt?

İyun 8, 2026
Cəmiyyət

Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu – AÇIQLAMA

İyun 8, 2026
Cəmiyyət

Sabah yağış intensivləşəcək, dolu düşəcək – PROQNOZ

İyun 8, 2026
Cəmiyyət

İlham Əliyev fərman imzaladı

İyun 8, 2026

XƏBƏR LENTİ

Kömür qiymətlərində rekord – Bahalaşma davam edir

08 İyun, 26 / 20:04

İyunun pensiya və müavinətləri bu tarixdə veriləcək

08 İyun, 26 / 19:49

Ev almaq istəyənlər üçün müqayisə: Bakı, yoxsa Sumqayıt?

08 İyun, 26 / 19:37

Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu – AÇIQLAMA

08 İyun, 26 / 19:23

Sabah yağış intensivləşəcək, dolu düşəcək – PROQNOZ

08 İyun, 26 / 19:10

İlham Əliyev fərman imzaladı

08 İyun, 26 / 19:00

Bu həftə ardıcıl 3 gün iş OLMAYACAQ

08 İyun, 26 / 18:56

Əlaçı məzunlara hərbi xidmətdə güzəştlər verilə bilər

08 İyun, 26 / 18:41

Aşuranın vaxtı açıqlandı

08 İyun, 26 / 18:27

Bakıdakı bu küçə tam dəyişir

08 İyun, 26 / 18:15
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.