Son dəqiqə
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq “Formula 1” yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Abşeronda Anım Günü ilə bağlı tədbir keçirilib Aydaska555official-in TikTok fəaliyyəti geniş auditoriyanın diqqətində Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Elşən Ozan Akbabanın serialına çəkilir

Maqazin

Aktyor Elşən Orucov Türkiyədə yayımlanan “Çırak” serialının ikinci mövsümündə də rol alacaq.

Cagdas.az xəbər verir ki, bu barədə aktyor özü sosial media hesabında məlumat paylaşıb.

O bildirib ki, layihənin ikinci mövsümünün çəkilişlərinə artıq start verilib və hazırda komanda yeni bölümlər üzərində çalışır.

Elşən Orucov ekran işindəki rolunu davam etdirmək üçün İstanbula yollanıb. Aktyor hazırda serialın çəkiliş prosesində iştirak edir və yeni mövsümdə də tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

Qeyd edək ki, “Çırak” serialının baş rollarında Türkiyənin tanınmış aktyorları Ozan Akbaba və Damla Sönmez yer alırlar. Kriminal-dram janrında çəkilən ekran işi ilk mövsümündə maraqlı süjeti və aktyor heyəti ilə izləyicilərin diqqətini cəlb etmişdi.

Yeni mövsümün yaxın aylarda tamaşaçılara təqdim olunacağı gözlənilir. Elşən Orucovun layihədə rolunu davam etdirməsi isə azərbaycanlı izləyicilər tərəfindən maraqla qarşılanıb.(musavat.com)