ABŞ və İsrail İranda enerji obyektlərini hədəf alıb.
Çağdaş.Az xəbər verir ki, Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ və İsrailin hücumları zamanı İsfahan və Xürrəmşəhr şəhərlərində enerji obyektləri hədəfə alınıb.
İsfahanda qaz idarəsi binası və qaz təzyiq stansiyası zərər görüb, Xürrəmşəhrdə isə elektrik stansiyasına aid qaz kəməri vurulub. Bununla belə, bəzi bölgələrdə enerji təchizatının bərpa edildiyi bildirilib.


