Recep Tayyip Erdoğan Kuzey Kıbrıs Türk Cumhuriyeti (KKTC) Prezidenti Tufan Erhürman ilə görüş keçirib.
Çağdaş.Az xəbər verir ki, Ərdoğan KKTC Prezidenti Erhürmanı Dolmabaxça ofisində rəsmi mərasimlə qarşılayıb. Mərasimdən sonra tərəflər arasında təkbətək görüş baş tutub.
Görüşdə İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanettin Duran və Prezidentin Xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.
















