Son dəqiqə

Ərdoğan Ukrayna danışıqları üçün İstanbul təklif edib

Dünya

Valentina Matviyenko bildirib ki, Rəcəb Tayyib Ərdoğan Ukrayna üzrə danışıqların davam etdirilməsi üçün İstanbulun platforma kimi seçilməsini təklif edib.

Çağdaş.Az xəbər verir ki, Matviyenko Türkiyə lideri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Ankara bu məsələdə balanslı mövqe tutur.

“Biz Ukrayna ilə bağlı danışıqları müzakirə etdik. Türkiyə prezidenti yenidən İstanbulun danışıqların davam etdirilməsi üçün məkan kimi təklif olunmasını irəli sürdü. Türkiyə balanslı mövqe tutur və biz bu istiqamətdə əlaqə və əməkdaşlığı davam etdiririk,” — deyə o bildirib.

Onun sözlərinə görə, görüşdə Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla bir sıra beynəlxalq məsələlər müzakirə olunub.

Matviyenko əlavə edib ki, Rusiya və Türkiyə İran–ABŞ danışıqlarının uğurla nəticələnməsi və hərbi qarşıdurmanın dayandırılması üçün birgə diplomatik səylərdə maraqlıdır.

“Danışıqlar heç vaxt asan olmur, lakin nəticə verir. Regionda davam edən gərginliyin yeganə çıxış yolu budur,” — deyə o vurğulayıb.