Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ermənistan parlamenti TRIPP layihəsini müzakirəyə çıxarır – TARİX

Cəmiyyət

TRIPP layihəsinə dair sənədin oktyabrın sonunda Ermənistan parlamentində ratifikasiya üçün müzakirəyə çıxarılması gözlənilir.

Cagdas.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Robert Abisoqomonyan jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavininin sözlərinə görə, sənədin parlamentə təqdim edilməsi üçün müvafiq prosedurların tamamlanması tələb olunur. Hazırda bu istiqamətdə proses davam edir.

“Düşünürəm ki, proses davam edir. Müvafiq prosedurlar başa çatdıqdan sonra nazirlik sənədi ratifikasiya üçün təqdim edəcək. Dəqiq vaxt deyə bilmərəm, lakin təxminən oktyabrın sonuna planlaşdırılır”, – deyə o qeyd edib.

Abisoqomonyan sənədin parlamentə göndəriləcəyi konkret tarixi açıqlamayıb. Onun açıqlamasına əsasən, oktyabrın sonu ilkin vaxt kimi nəzərdə tutulur və təqdimat prosedurların başa çatmasından asılı olacaq.\modern.az\