Son dəqiqə
Bu ərazilərə qar yağır AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı

Bu ərazilərə qar yağır

Cəmiyyət

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir.

Bəzi dağlıq ərazilərdə – Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 20, Qrızda 14, Xınalıqda 7, Kəlbəcərdə 5, Laçında 4, Qubadlıda 2, Qusarda (Laza) 3 sm-dir.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6 mm-dir. Respublikanın rayonlarında düşən yağıntının miqdarı – Qəbələdə 20, Oğuzda 17, Göygöldə 16, Daşkəsəndə 15, Astarada 14, Ağsuda 13, Şamaxı, Bərdə və Tərtərdə 11, Göyçayda 10, Beyləqanda 9, Lənkəran və Gədəbəydə 8, Goranboy, İmişli, Biləsuvar və Kişçayda (Şəki) 6, Lerik, Sabirabad, Şabran, Xaltan, Kürdəmir, Ağdam, Naftalan, Gəncə, Yevlax, Zərdab, Neftçala, Sarıbaş (Qax), Qobustan, Yardımlı, Naxçıvan, Xaçmaz, Mingəçevir, Şəmkir, Balakən, Cəbrayıl, Şahbuzda 1-5 mm-dək qeydə alınır.

Şuşa, Xankəndi, Füzuli rayonlarında da arabir leysan xarakterli yağış yağıb.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 25 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 6.2 metrə çatır.