Qarabağdan köçmüş ermənilərin Ermənistan Respublikası vətəndaşlığına qəbul üçün müraciətləri artıb.
Cagdas.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Armen Mkrtçyan parlamentin bir neçə komitəsinin birgə iclasında deyib.
O bildirib ki, bu ilin 1 yanvar tarixindən etibarən Qarabağdan köçən ermənilər Ermənistan Respublikası vətəndaşlığına qəbul üçün aktivləşiblər. İyun ayının əvvəlinə olan məlumata görə, onların sayı 11.146, yetkinlik yaşına çatmayanların sayı isə 28.000 nəfər olub ki, onlardan təxminən 12.000 nəfəri Ermənistan Respublikası vətəndaşlığını qəbul edib”, – Armen Mkrtçyan deyib.(Modern.az)
















