Son dəqiqə
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq “Formula 1” yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Abşeronda Anım Günü ilə bağlı tədbir keçirilib Aydaska555official-in TikTok fəaliyyəti geniş auditoriyanın diqqətində Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

“Əsl qadın eşqsiz yaşaya bilməz” – Aygün Kazımova

Maqazin

“Mən həmişə aşiqəm – musiqiyə, hissin özünə. Əsl qadın bunsuz yaşaya bilməz. Bu, müəyyən bir insana aid olmasa belə, həyat vəziyyətidir. Aşiq olmaq enerjidir. Bu, yaratmaq, dəyişmək və parıldamaq istəyidir”.

Cagdas.az  xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “Nargiz Magazine”ə müsahibəsində deyib.

Pop kraliça sevgi ilə bağlı sualları cavablandırıb. Müğənni bildirib ki, sevgi onun üçün tək bir şəxsə yox, hər şeyə aiddir.

Kazımova mahnı seçimindən bəhs edib:

“Bəzən əvvəl musiqini eşidirəm. Bir akkord, bir ritm və artıq içimdə bir obraz, əhval, səhnə formalaşmağa başlayır. Hətta işığın necə olacağını, geyimin necə görünəcəyini və enerjinin necə olacağını təsəvvür edirəm. Bəzən isə hər şey bir söz və ya ürəyi tutan tək bir ifadə ilə başlayır. Sonra musiqi həmin duyğunun ardınca gəlir. Amma ən vacibi hissdir. Mən inanmadığım heç nəyi oxumuram. Əgər mahnı mənə toxunmursa, o tamaşaçıya da çatmaz. Buna görə başlanğıc nöqtəsi həmişə emosiyadır. Yalnız bundan sonra musiqi və sözlər bir-birini tapır”.

Səhnə geyimlərindən danışan ölkənin əsas ulduzu “Sevmədiyim heç bir səhnə geyimim yoxdur. Hər səhnə obrazı bir hekayədir, xatirədir, emosiyadır. Hər geyim həmin anın enerjisini daşıyır – bəzən qələbə, bəzən risk, bəzən isə xüsusi bir həyəcan. Mən onlara laqeyd qala bilmərəm. Çünki kostyumlarım da mənim hekayəmin bir hissəsidir” sözlərini əlavə edib. (Axşam.az)