“Fənərbaxça”nın sol cinah müdafiəçisi Archie Brownun səhhəti ilə bağlı tibbi müayinənin nəticələri bəlli olub.
Cagdas.az xəbər verir ki, ingiltərəli futbolçu Super Liqanın son turunda “Konyaspor”la keçirilən oyunda ayağından zədələnmişdi. Klubun yaydığı rəsmi məlumata görə, oyunçunun MRT müayinəsi Ataşehir Medicana Xəstəxanasında aparılıb.
Açıqlamada bildirilib ki, Archie Brownun sağ ayağının baş barmaq oynağında bağ zədəsi aşkarlanıb və futbolçunun müalicəsinə artıq başlanılıb.
Qeyd olunur ki, gənc müdafiəçinin təxminən iki ay müddətinə meydanlardan kənarda qalması gözlənilir.















