Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Metroya minənlərin nəzərinə! – Bu gündən xətlər ayrılır

Cəmiyyət

“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsinin icrasına başlanılıb.

Cagdas.az  xəbər verir ki, bu gündən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb.

Xətlərin ayrılması üçün tikilən tunelin tikintisinin təxminən 11 ay çəkəcəyi planlaşdırılır.

Həyata keçiriləcək dəyişikliklərin paytaxtda sərnişin axınının və nəqliyyat istiqamətlərinin müəyyən qədər dəyişməsinə səbəb olacağı bildirilir.

Hazırda metrostansiyalar arasındakı əlaqənin kəsilməsinin kompensasiya edilməsi məqsədilə dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrut fəaliyyət göstərir.

Yeni ekspres marşrutlar:

M1 – metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları;

M2 – metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları;

M3 – metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları;

M4 – metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları;

M5 – metronun “20 Yanvar” və “Gənclik” stansiyaları;

M6 – metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyalar(referans media)