• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9443
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

15 İyul, 26 / 19:30
A A

Heyvan bazarları fiziki yox, birja formasında təşkil ediləcək.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

AQTA sədri bildirib ki, heyvan bazarları ilə bağlı aparılan yoxlamalar 28 bazarın mövcud standartlara cavab vermədiyini göstərib.

“Bu bazarlarda baytarlıq-sanitariya norma və qaydalarına əməl olunmurdu. Buna görə də bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti dayandırıldı. Standartlara uyğunlaşdırıldıqdan sonra 14 heyvan bazarının fəaliyyətinə yenidən icazə verildi. Digər bazarların bir hissəsində hazırda yenidənqurma işləri aparılır, bir hissəsinin isə müasir tələblərə cavab verməsi mümkün olmadığından həmin məkanlarda gələcəkdə fəaliyyətin davam etdirilməsi məqsədəuyğun hesab edilmir.

Gələcəkdə identifikasiya prosesi və ikinci Dövlət Proqramı tam başa çatdıqdan sonra fiziki heyvan bazarlarından heyvan satış birjalarına keçid təmin olunacaq. Agentlikdə idxal və ixrac sahəsində rəqəmsallaşma artıq 100 faiz təmin edilib. Digər istiqamətlərdə isə rəqəmsallaşma səviyyəsi 94 faizi ötüb.

Bu proses tam başa çatdıqdan və heyvanların identifikasiyası yekunlaşdıqdan sonra məqsədimiz odur ki, heyvanların A məntəqəsindən B məntəqəsinə daşınaraq bazarlarda sərgilənməsi və satışa çıxarılması əvəzinə, müasir heyvan satış birjaları tətbiq edilsin. Belə olan halda alıcı almaq istədiyi heyvanın bütün məlumatlarını, o cümlədən identifikasiya sistemində əks olunan göstəricilərini elektron platforma üzərindən əvvəlcədən görə, qiymətləndirə və daha sonra sifarişini verə biləcək”.

Bəs, heyvan bazarlarının fiziki yox, birja formasında təşkili nə qədər real və sərfəlidir?

Cagdas.az xəbər verir ki ,mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, bütün dünya ölkələrində inkişaf trakteoriyası ənənələrə söykənir:

“İstənilən halda ənənələr vacib amildir. Azərbaycanda da min illik bazar ənənələri var. Həmin ənənələr bu gün də yaşayır. Hər kəs bəslədiyi heyvanı “mal bazarı”na çıxarıb satır, geri dönəndə isə zəruri ehtiyaclarını alır. Nəticədə insanlar təkcə heyvanını satmır, həm də zəruri ehtiyaclarını tədarük edib geri dönür və əlavə xərclərdən qurtulur. Yəni insanlar bazara təkcə satmaq üçün yox, həm də almaq üçün çıxırlar.

İndi bu ənənələri məhv edib “mal bazarı”nı digital formada təşkil etmək istəyirlər. Onlayn birja kimə lazımdır? Bir dənə quzu satmaq istəyən sadə insan hansı formada o birjada iştirak edə biləcək? Və bir quzunu satmaq üçün nə qədər gözləməli olacaq?”

Müsahibimiz onu da qeyd edib ki, “mal bazarı” digər bazarlardan fərqlənir:

“Onlayn formada bütün bunları həyata keçirmək mümkünsüzdür. Açığı bu tipli qərarların kimə fayda verəcəyini anlaya bimirəm”.

Natiq Cəfərli əlavə edib ki, AQTA-nın son zamanlar atdığı bütün addımlar sanki proseslərin çətinləşdirilməsini və qiymətlərin bahalaşdırılmasını hədəfləyib.

Bənzər Xəbərlər

Cəmiyyət

Çimərliyə getmək istəyənlərin nəzərinə!

İyul 15, 2026
Cəmiyyət

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

İyul 15, 2026
Cəmiyyət

M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir

İyul 15, 2026
Cəmiyyət

Son üç “ASAN xidmət” mərkəzi bu şəhərlərdə açılacaq – VİDEO

İyul 15, 2026
Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

İyul 15, 2026
Cəmiyyət

Azərbaycanda hava dəyişir: Bəzi rayonlarda leysan yağacaq

İyul 15, 2026

XƏBƏR LENTİ

Çimərliyə getmək istəyənlərin nəzərinə!

15 İyul, 26 / 20:23

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

15 İyul, 26 / 20:11

M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir

15 İyul, 26 / 19:58

Son üç “ASAN xidmət” mərkəzi bu şəhərlərdə açılacaq – VİDEO

15 İyul, 26 / 19:44

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

15 İyul, 26 / 19:30

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

15 İyul, 26 / 19:15

Azərbaycanda hava dəyişir: Bəzi rayonlarda leysan yağacaq

15 İyul, 26 / 19:00

“Müharibə Qara dənizə keçərsə…” – Türkiyə HƏRƏKƏTƏ KEÇDİ

15 İyul, 26 / 18:47

“Akıncı”dan inanılmaz əməliyyat: Sudan səmasında Çin PUA-sını VURDU

15 İyul, 26 / 18:33

Putindən sonra Netanyahunun da başına gəldi – Türkiyədən qalmaqallı addım

15 İyul, 26 / 18:22
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.