Fransa Ukraynaya təzminat krediti üçün özəl banklarda dondurulmuş vəsaitlərin istifadəsini rədd edib
“Cadas.az” xəbər verir ki, Financial Timesın (FT) mənbələrə istinadən yazdığına görə, Ukraynaya təzminat krediti ayrılmasını dəstəkləyən Fransa, Respublikanın özəl banklarında dondurulmuş Rusiya vəsaitlərinin bu mexanizmə daxil edilməsinə qarşı çıxıb.
Nəşrin məlumatına görə, özəl kredit təşkilatları Belçikanın Euroclear depozitarından fərqli olaraq başqa müqavilə öhdəliklərinə tabedir. Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, Fransanın özəl bankları Rusiyaya məxsus aktivlərin Kiyevə ötürülməsi məsələsinə dair müzakirələrdə iştirak etmək istəmirlər.
Bildirilir ki, Fransız banklarında təxminən 18 milyard avro dəyərində Rusiya aktivləri dondurulub ki, bu göstərici Avropada ikinci ən yüksək rəqəmdir. Siyahıya isə 7 milyard avro ilə Belçika başçılıq edir. Bankların adları açıqlanmır.
HHazırda Avropada Rusiyanın 210 milyard avroya yaxın suveren aktivləri dondurulub. Bunun 185 milyard avrosu Belçikadakı “Euroclear” depozitarının hesablarında saxlanılır. Qalan 25 milyard avronun harada yerləşdiyi barədə isə nə Avropa Komissiyası, nə də Aİ ölkələri rəsmi məlumat açıqlayıb.


