Son dəqiqə
Məktəb bufetləri ilə bağlı sərt təklif: “Uşaqların sağlamlığı…” OPEK nazirləri görüşəcəklər: Hasilat həcmi artırılacaq? Azərbaycan millisi Bakıda Litva ilə üz-üzə gələcək Moskvadan rəsmi HƏDƏ: İrəvan küçələri necə Kiyevə çevriləcək…. ABŞ və Çin razılığa gələ bilər – Bessent AÇIQLADI Paşinyanla “Mossad”ı nə birləşdir-ABŞ nəşrindən ŞOK İDDİALAR TƏCİLİ: Pakistan Yəmən müharibəsinə GİRDİ – Təyyarələr dolusu silah və zabitlər cəbhədə Yoxa çıxan təyyarənin qalıqları tapıldı Azərbaycan banklarının depozit portfeli açıqlanıb – RƏQƏMLƏR 11-ci sinif şagirdindən möhtəşəm ixtira – Bir damcı ilə…
Reklam
Reklam

Rusiya Azərbaycandan gətirilən pomidorları məhv edəcək

Cəmiyyət

Rusiyada Azərbaycandan gətirilən pomidor partiyasında virus aşkarlanıb.

Cagdas.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın Şimal Dənizi üzrə “Rosselxoznadzor” idarəsinin əməkdaşları Murmansk şəhərində meyvə-tərəvəz məhsullarının saxlanıldığı anbarlarda yoxlama aparıblar.

Yoxlama zamanı Azərbaycandan gətirilən pomidor partiyasında sarı-qırmızı mozaik naxışlar, nekrotik ləkələr və deformasiyalar aşkar edilib.

Mütəxəssislər bunun pepino mozaika virusuna yoluxma əlamətləri ola biləcəyini bildiriblər.

Laboratoriya müayinələri nəticəsində pomidorların virusa yoluxduğu təsdiqlənib.

Bundan başqa, pomidorların digər məhsullardan ayrı saxlanılmadığı və yoluxma əlamətləri barədə aidiyyəti quruma məlumat verilmədiyi müəyyənləşdirilib.

Sahibkara aşkar edilmiş pozuntuların aradan qaldırılması tapşırılıb. Onun inzibati məsuliyyətə cəlb olunacağı bildirilir.

Qeyd olunub ki, virusa yoluxmuş pomidor partiyası məhv ediləcək.\modern.az\