Son dəqiqə

Galatasaray Çempionlar Liqasından nə qədər gəlir əldə edib? 

İdman

Çempionlar Liqasında son 16 mərhələsinə yüksəlməyi bacaran “Qalatasaray” həm azarkeşlərini sevindirib, həm də maliyyə baxımından ciddi qazanc əldə edib. Sarı-qırmızılılar İtaliya təmsilçisi Juventus F.C.u mübarizədən kənarlaşdıraraq əlavə 11 milyon avro qazanıblar.

Çağdaş.Az xəbər verir ki, UEFA Şampiyonlar Liginin son 16 pley-off mərhələsinin cavab oyununda “Qalatasaray” səfərdə “Yuventus”a 3:2 hesabı ilə məğlub olsa da, ilk oyunda əldə etdiyi 5:2 hesablı üstünlük sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.

Bu nəticə klub üçün təkcə idman uğuru deyil, həm də böyük maliyyə gəliri deməkdir.

Cari mövsümdə Çempionlar Liqasına birbaşa qatılan İstanbul təmsilçisi liqa mərhələsindəki çıxışına görə son 16 pley-off mərhələsinədək ümumilikdə 42,5 milyon avro gəlir əldə etmişdi.

“Yuventus” üzərində qazanılan mərhələ adlama isə kluba əlavə 11 milyon avro qazandırıb. Beləliklə, “Cim-Bom”un bu mövsüm UEFA-dan əldə etdiyi ümumi gəlir 53,5 milyon avroya yüksəlib.