Kembric Universitetinin mütəxəssisləri gecə saatlarında qəbul edilən qidaların orqanizmə təsiri ilə bağlı genişmiqyaslı yeni tədqiqat aparıblar.
Cagdas.az xəbər verir ki, tədqiqatçıların əldə etdiyi nəticələr göstərir ki, axşam saat 20:00-dan sonra qida qəbul etmək təkcə artıq çəki yığılmasına səbəb olmur, həm də daxili orqanların biologiyasına və təbii fəaliyyət ritminə ciddi zərbə vurur.
Alimlər bildirirlər ki, qaranlıq düşdükdən sonra həzm sisteminin işi təbii olaraq zəifləyir. Bu saatlarda qəbul edilən qida maddələri orqanizm tərəfindən tam həzm olunmur, metabolizm ləngiyirvə nəticədə qanda şəkərin, eləcə də zərərli xolesterinin səviyyəsi kəskin şəkildə yüksəlir. Bu proses xüsusilə damarların tutulmasına və infarkt riskinin artmasına şərait yaradır.
Mütəxəssislər xüsusilə vurğulayırlar ki, axşam yeməyini yatmazdan ən azı 3-4 saat əvvəl yekunlaşdırmaq və gecə qəlyanaltılarından tamamilə imtina etmək lazımdır. Bu sadə qaydaya əməl etmək ürək-damar xəstəlikləri riskini yarıbayarı azaldır, gecə yuxusunun keyfiyyətini artırır və səhər orqanizmin tam gümrah oyanmasını təmin edir.\musavat.com\


