Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısı genişləndirildi

Cəmiyyət

Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

Cagdas.az  xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan Respublikası mənşəli malların həcminin azı 50 (əlli) faizinin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi – malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumundan azad edilir.

Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bundan başqa Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun tətbiqi və “Gömrük tarifi haqqında” qanunun tətbiqi barədə” 4 iyul 2013-cü il tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti gömrük rüsumundan azad olunmaqla Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilən Azad zonada onun hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan Respublikası mənşəli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısını və həmin malların Azad zonadan əsas iqtisadiyyata gətirilməsi qaydasını üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, yenilənmiş qanundan irəli gələn digər məsələləri həll etməlidir.