• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.6° Weather Columbus
$
1.7
€
1.9426
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Hadrutda torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbuluna başlanır

09 İyul, 26 / 16:04
A A
İyul ayının 9-dan başlayaraq Xocavənd rayonunun Hadrut qəsəbəsində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanır.

Cagdas.az xəbər verir ki, Hadrut qəsəbəsində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi avqustun 9-u günün sonunadək davam edəcək.

Hadrut qəsəbəsi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Hadrut qəsəbəsində birillik və çoxillik bitkilərdən – şaftalı, nektarin, ərik, nar, alma, şabalıd, xurma, armud, gilas, qoz, fındıq, üzüm (süfrə və texniki), çiyələk, qarağat, mavigilə (dibçəkdə), moruq, pomidor, xiyar, badımcan, bibər, soğan, sarımsaq, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, kartof, buğda, arpa, qarğıdalı (dən və silos üçün), soya, noxud, mərcimək, tütün, yonca, xaşa, müxtəlif ot qarışıqlarının (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur.

Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.

Hadrut qəsəbəsinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)

Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Hadrut” seçməklə ərizə formasını doldurmaq.

Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Hadrut qəsəbəsi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

Qeyd edək ki, sonrakı mərhələlərdə müraciət edən şəxslərə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Fermerlər əlavə məlumat üçün Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzinə (tel: 077-577-93-97, 050-533-68-71, email:xocavend@agro.gov.az) müraciət edə bilər.(metbuat.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Ucuz qiymətə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

İyul 9, 2026
Cəmiyyət

Nazirlik iki rayondakı durum barədə məlumat yaydı

İyul 9, 2026
Cəmiyyət

Avtomobil bazarında qiymətlər necədir?

İyul 9, 2026
Cəmiyyət

Hava şəraiti dəyişir – Temperatur yüksələcək

İyul 9, 2026
Cəmiyyət

Nəbatat Bağının iş saatları uzadıldı – ÖZƏL

İyul 9, 2026
Cəmiyyət

Dünya əhalisinin sayı 8 milyardı keçib

İyul 9, 2026

XƏBƏR LENTİ

Qızıl rekord həddə yaxınlaşır: Azərbaycanda alıcıları nə gözləyir?

09 İyul, 26 / 17:01

Ucuz qiymətə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

09 İyul, 26 / 16:47

Nazirlik iki rayondakı durum barədə məlumat yaydı

09 İyul, 26 / 16:33

Avtomobil bazarında qiymətlər necədir?

09 İyul, 26 / 16:18

Hadrutda torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbuluna başlanır

09 İyul, 26 / 16:04

Hava şəraiti dəyişir – Temperatur yüksələcək

09 İyul, 26 / 15:49

Nəbatat Bağının iş saatları uzadıldı – ÖZƏL

09 İyul, 26 / 15:36

Dünya əhalisinin sayı 8 milyardı keçib

09 İyul, 26 / 15:21

Putinin qərarı Ermənistanı Bakıya möhtac edir

09 İyul, 26 / 15:08

Azərbaycandan Çinə yeni birbaşa aviareys açılacaq

09 İyul, 26 / 14:54
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.