• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
30.5° Weather Columbus
$
1.7
€
1.9442
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Hansı halda mənzilin çatışmayan sahəsinə görə pul ala bilərsiniz?

17 İyul, 26 / 16:39
A A

Çoxmənzilli binalardan mənzil alan şəxslərlə bina tikən şirkətlər arasında ən çox rast gəlinən mübahisələrdən biri mənzilin sahəsi ilə bağlıdır. Belə ki, əksər hallarda alıcı daşınmaz əmlakın dövlət reyestrindən aldığı çıxarışda qeyd olunan sahənin müqavilədə göstərilən sahədən az olduğunu gördükdə şirkətin müqaviləni pozduğunu hesab edir.

Cagdas.az xəbər verir ki, Ali Məhkəmə bəyan edir ki, belə işlərə baxılarkən ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtləri araşdırılmalıdır.

Əgər müqavilədə mənzilin sahəsinin hansı qayda ilə hesablanacağı (məsələn, içdən-içə, çöldən-çölə və ya şəhərsalma qanunvericiliyinə uyğun) ayrıca razılaşdırılıbsa, mübahisə həmin şərtlərə uyğun həll olunmalıdır.

Bu baxımdan, mənzil almaq istəyən şəxslər müqaviləni imzalamazdan əvvəl mənzilin sahəsinin hansı qaydada hesablanacağına dair şərtlərə xüsusi diqqət yetirməlidirlər.

Müqavilədə sahənin hesablanma qaydası müəyyən edilməyibsə, müqavilədə göstərilən sahənin mənzilin faktiki işçi sahəsinə uyğun gəlib-gəlmədiyi yoxlanılmalıdır. Mənzilin işçi sahəsi dedikdə bayır və ara divarlarının, habelə məhəccərlərin və sobanın altındakı sahələr nəzərə alınmadan və şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş azaltma əmsalı tətbiq edilmədən müəyyən edilən sahə nəzərdə tutulur.

Bu zaman yerində ölçmə aparılmalı və bu ölçmənin nəticəsində mənzilin işçi sahəsi müqavilədə razılaşdırılmış sahəyə uyğun gəlirsə, şirkət müqavilə üzrə sahəyə dair öhdəliyini lazımi qaydada icra etmiş hesab edilir. Əksinə, faktiki işçi sahənin müqavilədə nəzərdə tutulan sahədən az olduğu müəyyən edilərsə, bu artıq şirkətin müqavilə öhdəliyini qüsurlu icra etməsi kimi qiymətləndirilir.

Reyestr çıxarışında göstərilən sahə niyə müqavilədəki sahədən adətən az olur? 

Daşınmaz əmlakın dövlət reyestrində mənzilin ümumi sahəsi şəhərsalma və tikinti qaydalarına uyğun balkon və terrasların sahələri müvafiq azaltma əmsalına vurulmaqla hesablanır. Bu əmsal həmin sahələri fiziki olaraq kiçiltmir, sadəcə ümumi sahənin normativ qaydada hesablanması üsulunu müəyyən edir.

Belə ki, balkon, terras və bəzi digər açıq sahələr

Yaşayış otaqları ilə eyni funksiyanı daşımır. Onlar adətən yaşayış üçün nəzərdə tutulmur, iqlim şəraitindən asılı olaraq məhdud istifadə olunur və istifadəyə yararlılıq baxımından daha aşağı dəyərə malikdir. Buna görə də onların faktiki ölçüsü tam həcmdə deyil, 0,3 əmsalı tətbiq edilməklə ümumi sahəyə daxil edilir. Başqa sözlə, 0,3 əmsalının məqsədi ümumi sahəni kiçiltmək deyil, tətbiq edildiyi sahənin  yaşayış sahəsi ilə müqayisədə normativ dəyərini müəyyən etməkdir.

Ali Məhkəmənin mövqeyinə görə şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş mənzilin ümumi sahəsinin hesablanması qaydaları dövlət reyestrində daşınmaz əmlakın vahid metodologiya üzrə uçota alınması məqsədi daşıyır və müqavilədə ayrıca razılaşdırılmadıqca mülki-hüquqi münasibətlərə avtomatik tətbiq edilə bilməz. Əks yanaşma müqavilə azadlığı prinsipinə zidd olar.

Odur ki, çıxarışda mənzilin sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş azaltma əmsalı tətbiq edilməklə müqavilədə göstərilən sahədən az hesablanması, əgər tərəflər müqavilədə mənzilin sahəsinin həmin qaydalara uyğun hesablanacağını razılaşdırmayıblarsa, şirkətin müqavilə öhdəliyini pozması anlamına gəlmir.

Bu zaman müqavilədə nəzərdə tutulan sahə faktiki olaraq mövcud olur, fərq yalnız dövlət reyestrində ümumi sahənin normativ qaydada hesablanması metodologiyasından irəli gəlir.

Mənzildə sonradan aparılan dəyişikliklər nəzərə alınırmı?

Əgər şəxs mənzili qəbul etdikdən sonra daxilində yenidənqurma və ya planlaşdırma işləri aparıbsa və nəticədə işçi sahənin bir hissəsi divaraltı sahəyə çevrilibsə, bu zaman öhdəliyin icrası mənzilin təhvil verildiyi vəziyyət və ilkin layihə sənədləri əsasında yoxlanılmalıdır. Sonradan daxili sahələrin divaraltı sahəyə çevrilməsi şirkətin ziyanına qiymətləndirilə bilməz.

Çatışmayan sahənin dəyəri necə hesablanır?

Əgər mənzildə sahə çatışmazlığı müəyyən edilərsə, alıcı çatışmayan sahənin dəyərinin ödənilməsini tələb edərkən mübahisəyə baxıldığı vaxt mövcud olan bazar qiymətlərinə əsaslana bilər.

Bu mübahisələrə dair iddia müddəti necə tətbiq olunur?

Çoxmənzilli binanın tərkib hissəsi ilə əlaqədar müqavilənin qüsurlu icrası ilə bağlı tələblər üzrə 5 illik iddia müddəti tətbiq edilir və bu müddətin axımı mənzilin fiziki təhvil alındığı gündən hesablanır.

İddiaçılar çox vaxt iddia edirlər ki, onlar qüsurlar barədə çıxarış əldə etdikdən sonra məlumatlı olurlar. Ali Məhkəmə bununla bağlı baxdığı konkret mübahisələr üzrə qeyd etmişdir ki, vətəndaşların mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlamaq imkanları vardır.

Nəticə etibarilə, iddia müddəti keçdikdən sonra qaldırılmış iddialar üzrə hətta mənzildə faktiki sahə çatışmazlığı müəyyən edilsə belə, cavabdeh şirkət iddia müddətinin tətbiqi barədə ərizə verərsə, iddia təmin edilməyəcəkdir./Qafqazinfo/

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək

İyul 17, 2026
Cəmiyyət

Nazirlikdən ucuz mənzillərlə bağlı AÇIQLAMA

İyul 17, 2026
Cəmiyyət

Azərbaycanın qaz ixracı 5% artıb

İyul 17, 2026
Cəmiyyət

Qəbul imtahanının nəticələri elan olundu

İyul 17, 2026
Cəmiyyət

Qızılın ucuzlaşması Azərbaycanın valyuta ehtiyatlarını azaldır

İyul 17, 2026
Cəmiyyət

Gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısı genişləndirildi

İyul 17, 2026

XƏBƏR LENTİ

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək

17 İyul, 26 / 20:20

Ankara Ermənistanla bağlı mühüm qərar verdi

17 İyul, 26 / 20:06

Nazirlikdən ucuz mənzillərlə bağlı AÇIQLAMA

17 İyul, 26 / 19:53

Azərbaycanın qaz ixracı 5% artıb

17 İyul, 26 / 19:38

Qəbul imtahanının nəticələri elan olundu

17 İyul, 26 / 19:25

Qızılın ucuzlaşması Azərbaycanın valyuta ehtiyatlarını azaldır

17 İyul, 26 / 19:11

Gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısı genişləndirildi

17 İyul, 26 / 18:57

Bağça müəllimləri üçün vakansiya seçiminin vaxtı uzadıldı

17 İyul, 26 / 18:42

Trampın oğlu: Azərbaycan dostumuz, İsrail isə müttəfiqimizdir

17 İyul, 26 / 18:28

Ölkəmizdə vəkillərin sayı 3000-i ötüb

17 İyul, 26 / 18:14
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.