Son dəqiqə
Dövlət qulluğuna qəbul və müsahibə qaydaları 5 aya hazırlanacaq Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu tarixlərdə maqnit qasırğası olacaq – Xəbərdarlıq AZCON-un dövlət satınalmaları üzrə səlahiyyətləri rəsmiləşdirildi Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib Yağışlardan sonra Bakıdakı qəbiristanlıqlar su altında qaldı – VİDEO 2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı – DSX-dən ƏMƏLİYYAT Bakıda güclü külək 68 ağaca ziyan vurub

Həkimdən iddia: 40 yaşdan yuxarı kişilər bu yolla 18 kiloqram arıqlaya bilər

Cəmiyyət

40 yaşdan yuxarı kişilərin qarın nahiyəsindəki artıq çəkidən xilas olması üçün fərqli üsul təklif edilib.

 

Məşhurlarla çalışan fitnes həkimi kimi təqdim olunan Mark Davis “İskandinav limfa detoksu” adlı proqramın köməyi ilə altı həftəyə 14-18 kiloqram çəki itirməyin mümkün olduğunu iddia edir.

Cagdas.az xəbər verir ki  , HEALTH-TIME.COM saytında yayımlanan materialda Mark Davis qarın nahiyəsindəki şişkinliyin və artıq çəkinin səbəblərindən birinin orqanizmdə maye toplanması ilə əlaqəli ola biləcəyini bildirir. Onun fikrincə, limfa sisteminin fəaliyyətinin dəstəklənməsi bədəndə artıq mayenin xaric olunmasına və qarın nahiyəsinin daha düz görünməsinə kömək edə bilər.

Həkimin təqdim etdiyi “Nordic Lymphatic Detox” proqramı ev şəraitində yerinə yetirilən yüngül hərəkətlərdən ibarətdir. Proqramın gündə 7-12 dəqiqə vaxt tələb etdiyi, xüsusi avadanlığa və idman zalına ehtiyac olmadığı bildirilir. Davis bu üsulla ilk 7-14 gün ərzində 2-7 kiloqram, altı həftə ərzində isə 14-18 kiloqram çəki itirməyin mümkün olduğunu iddia edir. Materialda qeyd olunur ki, proqram istifadəçinin ehtiyaclarına uyğun fərdi plan şəklində hazırlanır. Bunun üçün Nordletics platformasında qısa qiymətləndirmədən keçmək və gündəlik hərəkətləri yerinə yetirmək təklif olunur.

Mark Davis limfa sisteminin orqanizmdə maye balansının qorunmasında və artıq mayenin daşınmasında mühüm rol oynadığını vurğulayır. Onun fikrincə, bu sistemin fəaliyyətinə yönəlmiş hərəkətlər şişkinliyin azalmasına, bədənin daha yüngül hiss edilməsinə və qarın nahiyəsinin görünüşünün yaxşılaşmasına kömək edə bilər.

Qeyd edək ki, reklam materialında təqdim olunan çəki itkisi göstəriciləri Mark Davisin iddialarıdır.\sfera.az\