Son dəqiqə
Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq

Hərbçilərə ŞAD XƏBƏR – Artım olacaq

Cəmiyyət

Azərbaycanda hərbi qulluqçuların əməkhaqqı sistemində ciddi dəyişikliklərin hazırlanması ilə bağlı iddialar yayılıb.

Cagdas.az xəbər veriri ki hazırda hərbçilərin maaşlarının hesablanması mexanizminin yenilənməsi istiqamətində iş aparılır. İddiaya əsasən, yeni sistemdə əməkhaqqının müəyyənləşdirilməsində əsas meyar vəzifə deyil, hərbi rütbə olacaq.

Mənbə bildirir ki, dəyişiklik qüvvəyə minərsə, eyni rütbəyə malik hərbi qulluqçular arasında maaş fərqlərinin minimuma endirilməsi nəzərdə tutulur. Bununla yanaşı, xidmət zamanı əldə edilən rütbələrin maddi baxımdan daha çox əhəmiyyət daşıyacağı gözlənilir.

Qeyd olunur ki, hazırkı modeldə maaşın əsas hissəsi tutulan vəzifəyə uyğun formalaşır. Yeni yanaşmada isə rütbənin əməkhaqqının hesablanmasında əsas rol oynayacağı iddia edilir.

Məlumata görə, dəyişikliklər yalnız maaşların hesablanması ilə məhdudlaşmaya da bilər. Mənbə bildirir ki, xidmət əlavələri, staja görə ödənişlər və digər təminat mexanizmlərinin də yenidən nəzərdən keçirilməsi müzakirə olunur.

İddialara əsasən, yeni sistemin tətbiqi minlərlə hərbi qulluqçunun aylıq gəlirlərinə təsir göstərə bilər. Lakin məsələ ilə bağlı hələlik rəsmi qərar qəbul edilməyib və aidiyyəti qurumlar tərəfindən açıqlama verilməyib.

Qeyd edək ki, yayılan məlumatlar rəsmi təsdiqini tapmayıb. Məsələ ilə bağlı yeni məlumat əldə olunacağı təqdirdə əlavə məlumat veriləcək./Bakıvaxtı.az