• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Heyvan bazarlarında yeni dövr — Xəstəliklərin qarşısı belə alınacaq

01 May, 26 / 20:28
A A

Heyvan bazarlarında tətbiq edilən yeni baytarlıq-sanitariya qaydaları və identifikasiya tələbləri qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Bu dəyişikliklər həm heyvanların sağlamlığına nəzarətin gücləndirilməsi, həm də istehlakçıların qorunması baxımından əhəmiyyətli hesab olunur. Əsas sual isə ondan ibarətdir ki, bu qaydalar hansı risklərin qarşısını alır və vətəndaşlar üçün nə kimi üstünlüklər yaradır.

Cagdas.az  xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, heyvan bazarlarında tətbiq edilən baytarlıq və sanitariya qaydaları insanların daha təhlükəsiz qida əldə etməsinə xidmət edir.

“Bu qaydalar bazarlara xəstə heyvanların çıxarılmasının qarşısını alır, nəzarətsiz ət satışını məhdudlaşdırır və zoonoz xəstəliklərin, bruselyoz, qarayara və digər infeksiyaların bazardan insanlara, yəni qida vasitəsilə yayılmasının qarşısını alır. Ümumilikdə, bu tədbirlər “fermerdən süfrəyə” qədər olan zəncirdə məhsulun təhlükəsiz şəkildə istehlakçıya çatdırılmasını təmin edir. Əsas məqsəd heyvan mənşəli məhsulların sağlam və nəzarətli formada insanlara təqdim olunmasıdır”.

Ekspert bildirib ki, digər tərəfdən, bəzi hallarda fermer məhsullarının qeyri-qanuni yollarla satışına da rast gəlinir.

“Bu zaman baytarlıq nəzarəti həyata keçirilmir, heyvanların saxlanma şəraiti və sağlamlıq vəziyyəti yoxlanılmır. Bəzi hallarda heyvanlar bazarlardan keçmədən birbaşa satış nöqtələrinə çıxarılır. Bu isə ətin üzərində baytarlıq ştampının olmaması və müayinə prosesindən kənarda qalması deməkdir. Bütün bunları nəzərə aldıqda, baytarlıq və sanitariya qaydalarının tətbiqi birbaşa insanların sağlamlığının qorunmasına xidmət edir. Nəticə etibarilə, süfrəmizə gələn heyvan mənşəli məhsulların təhlükəsizliyi yalnız bu nəzarət mexanizmləri vasitəsilə təmin oluna bilər”.(ölkə.az)

 

Bənzər Xəbərlər

Cəmiyyət

Ərdoğan İrəvana getməyəcək

May 1, 2026
Cəmiyyət

Bayrağa hörmətsizlik etdi, polis hərəkətə keçdi – VİDEO

May 1, 2026
Cəmiyyət

Nazir yeni rəis təyin etdi

May 1, 2026
Cəmiyyət

May ayının 6 günü ilə bağlı CİDDİ XƏBƏRDARLIQ – Uğursuz olacaq

May 1, 2026
Cəmiyyət

Yaşıl nöqtəyə diqqət yetirin – O, nəyin xəbərçisidir?

May 1, 2026
Cəmiyyət

Azərbaycanda hər 6 şagirdə bir kompüter düşür

May 1, 2026

XƏBƏR LENTİ

Günlər 24 yox, 16 saat olub

01 May, 26 / 21:54

Ərdoğan İrəvana getməyəcək

01 May, 26 / 21:40

Bayrağa hörmətsizlik etdi, polis hərəkətə keçdi – VİDEO

01 May, 26 / 21:27

Nazir yeni rəis təyin etdi

01 May, 26 / 21:14

May ayının 6 günü ilə bağlı CİDDİ XƏBƏRDARLIQ – Uğursuz olacaq

01 May, 26 / 21:09

Trampın oğulları Qazaxıstanda iş qururlar

01 May, 26 / 20:55

Bir boğaz, milyardlarla zərər: Qlobal böhran dərinləşir

01 May, 26 / 20:42

Heyvan bazarlarında yeni dövr — Xəstəliklərin qarşısı belə alınacaq

01 May, 26 / 20:28

Yaşıl nöqtəyə diqqət yetirin – O, nəyin xəbərçisidir?

01 May, 26 / 18:35

Azərbaycanda hər 6 şagirdə bir kompüter düşür

01 May, 26 / 18:20
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.