ABŞ prezidenti Donald Trampın oğulları Erik və Donald Jr. Qazaxıstanda volfram mədənçiliyi ilə məşğul olan bir şirkətdə pay alıblar.
Cagdas.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Sövdələşmə ötən ilin avqust ayında baş tutub. Siyasətçinin övladları Skyline Builders tikinti qrupunda pay alıblar və bu qrup sonradan Kaz Resources şirkətinin 20%-ni əldə edib. Kaz Resources və onunla əlaqəli qurum olan Cove Kaz Capital daha sonra Skyline ilə birləşib.
Yeni yaradılan şirkətin səhmlərini Nasdaq birjasında Kaz Resources brendi altında satışa çıxarmağı planlaşdırdığı bildirilir.(modern.az)
















