Son dəqiqə
Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

Hüquqşünasdan alimentlə bağlı vacib AÇIQLAMA

Cəmiyyət

Son dövrlərdə boşanma sonrası aliment münasibətləri ilə bağlı cəmiyyət arasında müxtəlif mübahisəli hallara rast gəlinir. Xüsusilə tərəflərin boşandıqdan sonra yenidən birgə yaşaması, lakin aliment icra sənədinin formal olaraq qüvvədə qalması gələcəkdə hüquqi anlaşılmazlıqlara səbəb olur. 

Cagdas.az xəbər veriri ki mövzu ilə bağlı hüquqşünas Zaur Quliyev oxu24.com -a geniş açıqlama verib.

Hüquqşünasın sözlərinə görə, praktikada tez-tez belə hallar müşahidə olunur ki, boşanma sonrası məhkəmə qərarı ilə aliment təyin edilir, lakin tərəflər daha sonra barışaraq bir müddət yenidən ailə kimi birlikdə yaşayırlar:“Belə hallarda tərəflər faktiki olaraq ümumi təsərrüfat aparır, uşaq hər iki valideynin himayəsində böyüyür. Lakin aliment icra sənədi ləğv edilmədiyi üçün sonradan həmin dövr üzrə yığılan borcun tələb edilməsi ilə bağlı mübahisələr yaranır.”

Zaur Quliyev bildirib ki, bu tip vəziyyətlərdə əsas meyar formal sənəd deyil, faktiki ailə münasibətlərinin mövcudluğudur:“Məhkəmə yalnız qərara deyil, real həyat şəraitinə də qiymət verməlidir. Əgər sübut olunursa ki, tərəflər həmin dövrdə birlikdə yaşayıb və uşaq faktiki olaraq hər iki valideynin qayğısında olub, bu zaman aliment borcunun həmin müddət üçün hesablanması hüquqi baxımdan yenidən qiymətləndirilə bilər.”

Hüquqşünas qeyd edib ki, belə hallarda vətəndaşlar ilk növbədə mediasiya prosedurundan istifadə etməli, razılıq əldə olunmadıqda isə məhkəməyə müraciət edərək aliment borcunun ləğvi və ya yenidən hesablanmasını tələb etməlidirlər.

Onun sözlərinə görə, məhkəmə prosesində əsas sübutlar tərəflərin birgə yaşamasını təsdiqləyən faktlardır:“Şahid ifadələri, birgə yaşayışa dair sübutlar və uşağın faktiki olaraq kimin yanında olması kimi məqamlar məhkəmənin qərarına birbaşa təsir edir. aliment mübahisələrində əsas məqsəd valideynlər arasında münaqişə yaratmaq deyil, uşağın maraqlarını qorumaqdır və bütün qərarlar bu prinsip əsasında formalaşmalıdır