Son dəqiqə

Hyeon-gyu Oh Beşiktaşda -15 milyon avro

İdman

Beşiktaş Belçikanın Genk klubundan transfer etdiyi Cənubi Koreyalı hücumçu Hyeon-gyu Oh-un İstanbul gəlmə vaxtını açıqladı.

Cagdas.az-ın məlumata görə, Hyeon-gyu Oh 4 fevral Çərşənbə günü saat 13:30-da İstanbulda olacaq.

Transfer üçün Beşiktaşın Genk klubuna 15 milyon avro məbləğində transfer haqqı ödəyəcəyi bildirilib.

Bu mövsüm Hyeon-gyu Oh 32 oyunda meydana çıxaraq 10 qol vurub və 3 assistlə komandaya dəstək olub.