Son dəqiqə
Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı Əhməd Şaraa xanımı ilə Antalyada

İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək

Cəmiyyət
“Uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin icbari tibbi sığorta çərçivəsində təmin edilməsi ilə bağlı aidiyyəti qurumlarla birgə iş aparılır”.

Cagdas.az xəbər verir ki, bu barədə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.

Açıqlamada qeyd olunub ki, növbəti ildə bəzi dərman vasitələrinin təminatı İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil ediləcək:

“Arterial hipertenziyanın müalicəsində istifadə olunan dərman vasitələrinin 2027-ci ildə resept əsasında icbari tibbi sığorta təminatına daxil edilməsi planlaşdırılır.

Həmçinin qarşıdakı dövrdə həzm və tənəffüs sistemlərinə aid xəstəliklərinin müalicəsi üçün ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin də icbari tibbi sığorta təminatına alınması nəzərdə tutulub”.

Məlumatda bildirilib ki, hazırda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə 3 318 tibbi xidmət daxildir:

“İcbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin göstərilməsi şərtləri müvafiq qanunvericiliklə tənzimlənir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xidmətlər Zərfinin əhatə etdiyi tibbi xidmətlərin çeşidinin genişləndirilməsi tədbirləri davam etdirilir”.