İndoneziyada xilasedicilər təxminən bir həftə əvvəl siklonik yağışların fəlakətli daşqınlara səbəb olmasından sonra itkin düşdüyü bildirilən, bir çoxunun torpaq sürüşməsi altında qaldığı ehtimal edilən azı 400 nəfəri axtarır.
Cagdas.az-ın BBC-yə istinadən məlumatına görə, Hökumət bildirir ki, Sumatra adasında ölənlərin sayı 440-ı ötüb.
Yağıntıların təsirinə məruz qalan ərazilərə hava və dəniz yolu ilə yardımlar göndərilib, lakin bəzi kəndlər hələ də heç nə almayıb. İnsanların sağ qalmaq üçün yemək və su oğurladığı barədə məlumatlar var.
Şiddətli yağış və tufanlar Tayland, Malayziya, Filippin və Şri-Lankanın bəzi hissələrini viran qoyub, milyonlarla insana təsir edib və bu ay regionda 900-dən çox insan ölüb.


