Son dəqiqə
Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

İnfarkt riskini əvvəldən öyrənə bilərsiniz – Bundan istifadə edin

Cəmiyyət

“Ən maraqlı dəyişikliklərdən biri süni intellektin tibbdə tətbiqidir. Fərdi riskin dəqiq proqnozu bu istiqamətin əsas gələcək perspektivlərindən biridir. Nəzərdə tutulur ki, süni intellekt xəstənin bütün məlumatlarını analiz edərək infarkt və insult riskini daha dəqiq hesablayacaq”.

Cagdas.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova deyib.

Onun sözlərinə görə, eyni zamanda, erkən xəbərdarlıq sistemləri, məsələn, geyilə bilən cihazlar (smart saatlar və s.) təzyiq dəyişikliklərini izləyərək riskli vəziyyətləri əvvəlcədən xəbər verə bilər:

“Müalicənin fərdiləşdirilməsi məqsədilə hər xəstə üçün “ən uyğun dərman və doza” daha sürətli seçilə biləcəkdir”.

G.Dadaşova onu da qeyd edib ki, arterial hipertenziya artıq sadəcə “təzyiq xəstəliyi” kimi deyil, kompleks və idarə oluna bilən xroniki vəziyyət kimi qəbul olunur:

“Müasir yanaşmalar erkən diaqnostika, fərdiləşdirilmiş müalicə, davamlı nəzarət prinsiplərinə əsaslanır, bu isə ağırlaşmaların qarşısını almaqda əsas rol oynayır.

Gələcəkdə hipertoniya ilə mübarizə dəqiq, texnoloji və daha fərdi olacaq. Süni intellekt, rəqəmsal monitorinq, biomarkerlər sayəsində biz xəstəliyi yalnız müalicə etməyəcək, onu əvvəlcədən proqnozlaşdırıb qarşısını ala biləcəyik.

Yaxın perspektivdə gözlənilir ki, xəstələr ev şəraitində fasiləsiz izlənəcək, müalicə sxemləri hər fərd üçün ayrıca optimallaşdırılacaq, ağırlaşmaların yaranma riski daha erkən mərhələdə müəyyən ediləcək.

Nəticə olaraq, hipertoniya ilə mübarizənin gələcəyi proaktiv, fərdiləşdirilmiş və texnologiya ilə inteqrasiya olunmuş tibbdədir”.(ölkə.az)