Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İqtisadiyyatımız üçün müsbət xəbər

Cəmiyyət

2026-cı ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi artıb. Bu dövrdə ixrac əhəmiyyətli dərəcədə yüksəldiyi halda, idxal isə azalıb.

Cagdas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə xarici ticarət dövriyyəsi 22 milyard 164,6 milyon ABŞ dolları təşkil edib. Bunun 15 milyard 346,3 milyon dolları ixracın, 6 milyard 818,3 milyon dolları isə idxalın payına düşüb.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 9,5 faiz, ixrac 49,2 faiz artıb. İdxal isə 31,6 faiz azalıb.

Real ifadədə isə xarici ticarət dövriyyəsi 12,6 faiz, idxal 46,8 faiz azalıb, ixrac isə 20,5 faiz artıb.(modern.az)