Son dəqiqə

İran bu ölkəni “ikinci İsrail” adlandırıb

Dünya
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread. (AP Photo/Vahid Salemi)

İran Parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səliminin sözlərinə görə, BƏƏ hakimiyyəti daxili dəstəkdən məhrumdur və artıq ölkənin maraqlarını müdafiə etmir.

Çağdaş.Az-ın xəbərinə görə, İran Parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri yəhudi dövlətini dəstəklədiyinə görə mahiyyət etibarilə “ikinci İsrail”dir.

İran parlamentinin mətbuat xidməti onun sözlərini sitat gətirib: “Birləşmiş Ərəb Əmirlikləri, əslində, ikinci İsrail hesab edilə bilər, çünki “hərbi” İsrail işğal olunmuş Fələstin ərazilərində yerləşir, Əbu-Dabi isə yəhudi dövlətinin iqtisadi qanadı hesab olunur”.

Səliminin sözlərinə görə, BƏƏ hakimiyyəti daxili dəstəkdən məhrumdur və artıq ölkənin maraqlarını müdafiə etmir, əvəzində digər güclərə güvənir və ABŞ və İsraillə birləşir.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hücumlara başladılar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri hücuma məruz qaldı və bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan etdi.

ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektləri də hədəfə alınıb. İran hakimiyyəti əlavə olaraq ABŞ, İsrail və Hörmüz boğazında İslam Respublikasına qarşı əməliyyatları dəstəkləyən ölkələrlə əlaqəli gəmilərə məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.