İranın Hörmüz boğazından keçidlə bağlı yeni qaydalar çərçivəsində Çin gəmilərinə xüsusi icazə verdiyi bildirilir.
Çağdaş.Az İran mətbuatına istinadən xəbər verir ki, Pekinin xahişi ilə və keçid qaydaları ilə razılaşdırıldıqdan sonra bir sıra Çin gəmilərinin Hörmüz boğazından maneəsiz keçə biləcəyi qərara alınıb.
İran 13 mayda tətbiq etdiyi yeni qaydaların bir hissəsi olaraq Çin gəmilərinə Hörmüz boğazından keçmək hüququ verib. Bu barədə Fars agentliyi mənbəyə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, Çinin xarici işlər naziri Vanq Yi və Çinin İrandakı səfirinin xahişlərindən sonra strateji tərəfdaşlıq çərçivəsində Çin gəmilərinin keçidinə icazə verilməsi barədə qərar qəbul edilib. Agentliyin mənbəyi qeyd edib ki, Pekinin xahişi ilə və keçid qaydaları barədə razılığa gəldikdən sonra bir sıra Çin gəmilərinin Hörmüz boğazından maneəsiz keçə biləcəyi barədə razılığa gəlinib və bu mərhələ 13 may axşamı başlayıb.


