Son dəqiqə

İran Fars körfəzinə mina döşəyəcək? – Rəsmi açıqlama verildi

Dünya

İran İnqilab Keşikçiləri Korpusuna bağlı Hatemül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü, polkovnik İbrahim Zülfikari Fars körfəzinə mina döşənməsi ilə bağlı iddialara münasibət bildirib.

Zülfikari qeyd edib ki, İranın Umman dənizi və Basra körfəzi üzərində nəzarəti var, həmçinin Hürmüz boğazı tam şəkildə onların nəzarətindədir.

Onun sözlərinə görə, hazırda Fars körfəzinə mina döşəməyə ehtiyac yoxdur. Lakin lazım gələrsə, İran bütün imkanlardan istifadə etməyə hazırdır.

Zülfikari əlavə edib ki, bölgədən kənar ölkələrin Fars körfəzinə müdaxilə etmək hüququ yoxdur./Haber Global/