Son dəqiqə

İran ölən və yaralananların sayını açıqaldı

Dünya

İsrail və ABŞ, Tehranla Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda – fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə buna cavab olaraq İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, BƏƏ və Bəhreyn kimi ölkələrdə müəyyən hədəflərə zərbələr endirib.

Məlumatlara görə, ABŞ və İsrailin hücumları nəticəsində İranın ali lideri Əli Xamenei də daxil olmaqla çox sayda yüksək vəzifəli şəxs həyatını itirib. İran rəsmilərinin açıqlamasına əsasən, ölənlərin sayı 1348-i, yaralananların sayı isə 17 mini keçib.